Cahan_Az

“UĞUR 99” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ildən “CAHAN HOLDİNQ” Kommersiya Şirkətlər İttifaqının tərkibində fəaliyyət göstərir. Şirkət fəaliyyətə başladığı gündən etibarən müxtəlif tikinti layihələrini uğurla icra etmişdir.

Bu layihələr arasında Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində içməli su şəbəkəsinin qurulması və su ehtiyat anbarının tikintisi, eləcə də bir neçə yaşayış binasının əsaslı təmiri xüsusi yer tutur.

 

Layihələrin icrası zamanı şirkət yerli məşğulluğun artırılmasına da töhfə vermiş, 100-150 nəfərlik işçi heyəti ilə fəaliyyət göstərmişdir. “UĞUR 99” MMC bu sahədə qazandığı təcrübə və formalaşdırdığı peşəkar komanda ilə gələcəkdə də tikinti sektorunda mühüm layihələrə imza atmağı qarşısına məqsəd qoyur.