Cahan_Az

Şirkətlər

"Cahan İnşaat" MMC

“Cahan İnşaat” MMC “Cahan Holdinq”in nəzdində 2007-ci ildə yaradılmış, əsas fəaliyyəti yaşayış binalarının təmiri və tikinti tamamlaması ilə başlamışdır.

25 January 2022
Cahan Əmlak

Cahan Əmlak 2013-cü ildə yaradılmışdır. Əsasən yaşayış və qeyri-yaşayış sahələrinin satışını və yaşayış sahələrində kommunal xidmətlərin göstərilməsini həyata keçirir.

25 January 2022
"Uğur-99" MMC

“UĞUR 99” MMC 2021-ci ildən “CAHAN HOLDİNQ”in tərkibində fəaliyyət göstərir və bu müddətdə Yaycı kəndində içməli su şəbəkəsi və su anbarının tikintisi, eləcə də bir neçə yaşayış binasının əsaslı təmirini uğurla həyata keçirmişdir.

25 January 2022
"ÜMİD-74" MTK

Ölkəmizdə inşaat sektorunun durmadan inkişafı inşaat materiallarına olan tələbatı da artırmaqdadır. Bu tələbatı yerli və eyni zamanda, keyfiyyətli materilarla təmin etmək məqsədilə Beton Məmulatları İstehsalı zavodunun əsasını qoyduq. Bu gün artıq bu müəssisəmiz bir sıra layihələri yüksək keyfiyyətli beton məmulatları ilə təmin etmək iqtidarındadır.

"ENNA" MMC

2022-ci ildə fəaliyyətə başlayan "ENNA" istehsal fabriki, Almaniyanın məşhur Krones avadanlığı ilə təchiz olunub və ildə 250 milyon banka içki istehsal gücünə malikdir. Qafqazın ən böyük istehsal zavodu olan "ENNA", yerli və xarici bazara geniş çeşiddə məhsul təqdim etməyi hədəfləyir.

"Cahan Tea" MMC

“Cahan Tea” MMC respublikanın iri və daha sabit fəaliyyət göstərən çay şirkətlərindəndir. ABŞ, İtaliya və Macarıstan istehsalı olan avadanlıqlar və qabaqcıl texnologiya tətbiq olunmaqla müəssisədə “Əlincə”, “Tudor”, “Araz çay” və “Sterlinq” markalı çay növləri istehsal olunaraq ixrac olunur.

"CAHAN Ticarət" MMC

“Cahan Ticarət” MMC 2005-ci ildən Avropa ölkələrindən Azərbaycana qida məhsulları və gündəlik tələbat mallarının idxalı ilə məşğuldur. Şirkət, o cümlədən “Unilever” transmilli şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir.

"CAHAN" MMC

“Cahan” MMC_in yaradılmasının və fəaliyyətinin əsas məqsədi xarici və yerli, fiziki və hüquqi şəxslərin tələbatı ilə bərabər,müəssisənin fəaliyyətindən alınan gəlirin əldə edilməsi, eyni zamanda müəssisənin təsisçilərinin və işçilərinin iqtisadi maraqlarının təminidir.

"Cahan Tobacco" MMC

“Cahan Tobacco” şirkətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə “Cahan”, “Visore”, “Nova” və “Fine” markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malaysiya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.

"Cahan Sənayə Kompleksi" ASC

“Cahan Sənaye Kompleksi” ASC-də istehsal edilən bütün məhsullarımız yüksək keyfiyyətinə, standartlara və gigiyenik göstəricilərə uyğunluğuna görə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Uyğunluq Sertifikatı almışdır.

"Cahan AVM" MMC

“Cahan AVM” (Cahan Alış-Veriş Mərkəzi) MMC idarəetmə, satışın təşkili, mal təminatı, muhasibat sistemi – bu sahədə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilərək yaradılmışdır.

Days Hotel Baku

“Days Hotel Baku” 29 noyabr 2009-cu ildən “Wyndham Otellər Qrupu”nun üzvü kimi 4 ulduzlu otel olaraq fəaliyyət göstərir. Otel, beynəlxalq standartlara uyğun inşa olunmuş 102 rahat otaq və peşəkar heyəti ilə qonaqlara xidmət göstərir.

“Cahan Motors” MMC

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına daxil olan “Cahan Motors” MMC şirkəti artıq 15 ildir ki, Azərbaycanın avtomobil bazarında fəaliyyət göstərir. “Cahan Motors” MMC dünyanın ən çox tanınmış brendlərindən biri olan “Opel” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir.

25 January 2022
Green Taxi

Azərbaycanda ekoloji cəhətdən təmiz və komfortlu taksi xidmətləri təklif edən şirkətdir.

25 January 2022
Naxçıvan Avtomobil Zavodu

Naxçıvan Avtomobil Zavodu 2006-cı ildə yaradılmış və 2009-cu ildə Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Çinin “Lifan” şirkəti ilə imzalanan əməkdaşlıq sazişi əsasında Naxçıvanda “Lifan” markalı minik avtomobillərinin istehsalına başlanılmışdır.

25 January 2022
"Şah-96" MMC

ŞAH-96 MMC, yüksək keyfiyyətli tütün və siqaret məhsullarının istehsalı, distribusiyası və marketinqi sahəsində geniş təcrübəyə və peşəkar komandaya malik olaraq, müştərilərinə ən yaxşı məhsulları təqdim etməyi və onların məmnuniyyətini təmin etməyi hədəfləyir.

25 January 2022
"Magna Inşaat" MMC

“Magna İnşaat” MMC, geniş satış şəbəkəsi və peşəkar komandası ilə yerli bazarın inkişafına mühüm töhfələr verərək, müştəri məmnuniyyətini ön planda saxlayır. Şirkət, həmçinin rəqabətədavamlılığını qoruyub saxlayaraq ixrac prosesini də genişləndirir və tikinti sektorunda etibarlı tərəfdaş olaraq fəaliyyət göstərir.

25 January 2022
CDHN

2007-ci ildə əsası qoyulan şirkət, Azərbaycanda siqar mədəniyyətinin inkişafına töhfə verərək, La Casa del Habano, C.iGars və Davidoff of Geneva mağazaları ilə premium Kuba siqarlarının rəsmi eksklüziv distribütoru olaraq fəaliyyət göstərir.

25 January 2022
Ulduzlar MMC

25 January 2022
Viza-PB MMC

“Viza-PB” MMC 03.04.2023-cü il tarixindən Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasında dövlət qeydiyyatından keçmişdir.

25 January 2022
"Naxçıvan Saray" MMC

2022-ci ildən fəaliyyət göstərən Naxçıvan Palace Kompleksi, həm yerli, həm də xarici qonaqlarına yüksək xidmət göstərərək onların gələcək səyahətlərində bizi seçmələrini təmin edir. Devizimiz: "Özünüzü evinizdəki kimi hiss edin."

25 January 2022
Banu Şadlıq Sarayı

"Banu" Şadlıq Sarayı Naxçıvanın ən nüfuzlu məkanlarından biri olaraq, 2012-ci ildən bəri öz qapılarını xoşbəxt anlar yaşamaq istəyənlər üçün açır. Cahan Şirkətlər Qrupunun xidmət sahələrindən biri olan bu saray, müasir tərtibatı, yüksək keyfiyyətli xidməti və xüsusi zövqlə dizayn edilmiş interyeri ilə seçilir.

25 January 2022
Əyləncə adası

Naxçıvan şəhərində Əziz Əliyev-2A ünvanında yerləşən "Əyləncə Adası" bölümü, 2015-ci ildən etibarən fəaliyyətə başlamış və müştərilərinin istifadəsinə təqdim olunmuşdur.