Sentyabrın 16-da Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin növbəti iclası baş tutub. İclas zamanı Konfederasiya daxilində yaradılacaq Azərbaycan Arbitraj Mərkəzinin iş prinsipləri, COP29 tədbirində iştirak və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Arbitraj Mərkəzinin yaradılmasının alternativ həlli yolu kimi ölkə iqtisadiyyatına verəcəyi faydalar, arbitrlərin seçilməsi, ümumiyyətlə bu sahədə fəaliyyətin qurulması mərhələləri ilə bağlı De Novo şirkətinin direktoru Kamal Məmmədzadə təqdimatla çıxış edib. K.Məmmədzadə mövzu ilə bağlı sahibkarların suallarını cavablandırıb və xüsusən də xarici arbitrlərlə əməkdaşlıq prinsiplərinə aydınlıq gətirib.
Qeyd edək ki, iclasda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.