“Cahan Sənaye Kompleksi” ASC-də istehsal edilən bütün məhsullarımız yüksək keyfiyyətinə, standartlara və gigiyenik göstəricilərə uyğunluğuna görə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Uyğunluq Sertifikatı almışdır
“Cahan Holdinq”ə daxil olan Cahan Tobacco International (CTI) yerli tütün və siqaret məhsullarının istehsalı və distribusiyası ilə məşğuldur və portfelində 4 brend ailəsi və 13 siqaret çeşidi mövcuddur. CTI Azərbaycanda yeganə, dünyada isə nadir şirkətlərdəndir ki, siqaretlərinin tərkibindəki tütünün 35-60 faizini özü yetişdirir.
2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan müəssisə ildə 200 milyon dəmir banka enerji içkisi istehsal edəcək və müasir avadanlıqlarla təchiz olunub. “POWER Plus” brendi ilə buraxılan məhsullar ölkə daxilində və xaricdə satışa çıxarılacaq.
Biz “Ahmad”, “Alokozay”, “Akbar” kimi dünya brendlərini ölkəmizə gətirməklə yanaşı, “Tudor”, “Əlincə”, “Araz”, “Sterlinq”, “Eleqant” markalı çay növlərini də istehsal etməkdəyik. Bu gün artıq fabrikimiz yalnız yerli bazarı deyil, xarici bazarları da təmin etmə gücünə sahibdir.
Naxçıvan Avtomobil Zavodu 2006-cı ildə yaradılıb və 2009-cu ildə Çinlə əməkdaşlıq sazişi əsasında “LİFAN” markalı minik avtomobillərinin istehsalına başlayıb.