“Russia Halal Expo” sərgisi “Rusiya – İslam dünyası: Kazan Forumu”nda “ENNA” MMC-nin istehsal etdiyi məhsullarda nümayiş olunub.
İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin ( AZPROMO) təşkilatçılığı ilə “ENNA” MMC-nin məhsulları Rusiyanın ən böyük investisiya və infrastruktur layihələri sərgisi olan Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Russia Halal Expo 2024” vahid ölkə stendində təqdim olunub. Stend də “ENNA MMC”-nin istehsalı olan alkoqolsuz enerji içkiləri, Plus ower”, “Dinamit” ,”Dark horse wild” ,”Buzz tea” içkiləri, “Cahan Çay” MMC-də paketlənən “Tudor” çayları nümayiş olunub.
Sərgidə məhsulları içtimaiyyətə ENNA MMC-nin İxrac meneceri Bəxtiyar Hacıyev təqdim edib. Tatarsan,Səudiyə Ərəbistanı,Mərkəzi Afrika,Udmurtiya,İran və Qırğızıstan Respublikasından olan xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüşlər keçirib, ENNA MMC-də istehsal olunan məhsulların həmin ölkələrə ixracı ilə bağlı ilkin danışıqlar əldə edib.
Qeyd edək ki, Sərgi biznes layihələrinin təşviqi və inkişafı, o cümlədən MDB və digər ölkələrin sənayelərinin potensialını nümayiş etdirmək üçün effektiv platforma kimi xidmət edir. Sərgini ziyarət edən hər kəs məhsulların dadını çox bəyənib Tatarstanda olmağını arzu ediblər.