Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz Cahan Şirkətlər Qrupu tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
Bu məqsədlə Şirkətlər Qrupunun bir qrup əməkdaşı hər ilki ənənəyə sadiq qalaraq adlarını tarixə qızıl hərflərlə yazdırmış Qaraxanbəyli, Qaraçuq və Tumbul kəndlərindən olan şəhidlərin ev muzeylərini və ailələrini ziyarət etmiş, görüş zamanı əməkdaşlar tərəfindən ailələrə Naxçıvan Muxtar Respublikasının Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının sədri,Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasovun təbriki çatdırılmış və bayram hədiyyələri təqdim olunmuşdur. Şəhidlərimizlə qürur duyduqlarını bildirən qrup üzvləri onlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.