Noyabrın 14-də COP29 çərçivəsində “İqlim Liderlərinin Dialoqu-Biznes” mövzusunda panel keçirilmişdir.
Paneldə “Cahan Şirkətlər Qrupu” nun təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov iştirak etmişdir. Paneldə yaşıl iqtisadiyyata keçiddə bizneslərin rolu, bu sahədə dövlət-özəl sektor dialoqu və tərəfdaşlıq istiqamətləri müzakirə olunmuşdur.