Cahan_Az

Xəbərlər

Noyabrın 26-da Dövlət Vergi Xidmətində “Dövlət-biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib.

Noyabrın 26-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Dövlət-biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə vergi islahatlarının ölkəmizdə sahibkarlıq fəaliyyətinə təsirləri, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, biznes subyektlərinin prosesdə fəal iştirakı ilə bağlı müzakirələr aparılıb.


Tədbirdə dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, biznes assosiasiyalarının nümayəndələri, müstəqil ekspertlər iştirak ediblər. Həmçinin tədbirdə “Cahan Şirkətlər Qrupu” nun təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da iştirak etmişdir.