Cahan Holdinq Şirkətlər İttifaqına daxil olan Naxçıvan Motors MMC, artıq 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərən, həm yerli, həm də beynəlxalq avtomobil modellərinin satışı və texniki servis xidmətləri ilə məşğul olan aparıcı müəssisələrdən biridir.
Şirkətin tərkibində müasir Avtosalon, Minik və Yük avtomobillərinə texniki xidmət mərkəzləri fəaliyyət göstərir. Müştərilərinə keyfiyyətli xidmət təqdim etmək məqsədilə müəssisədə zəngin maddi-texniki baza və ixtisaslı kadrlar formalaşdırılmışdır.
Naxçıvan Motors MMC ilə Naxçıvan Avtomobil Zavodu arasında bağlanmış müqavilə çərçivəsində, müəssisə zavodda istehsal olunan müxtəlif modellərin satışını həyata keçirir. Bu modellərə FAW T-33, T-80, Lifan markalı 320, 330, 520, 620, 630, 650, 720, 820, yeni modellərdən isə FAW T-77 və Livan Maple X3 Pro daxildir.
Bu avtomobillər keyfiyyət, sərfəli qiymət və texniki göstəricilər baxımından geniş müştəri bazasının formalaşmasına imkan yaratmışdır. 2024-cü ilin sonunda, 1000-ci Maple X3 Pro avtomobilinin satışı münasibətilə xüsusi tədbir keçirilmiş və avtomobil güzəştli şərtlərlə sahibinə təqdim olunmuşdur.
Şirkət həm fiziki şəxslərə, həm də dövlət və özəl müəssisələrə avtomobil satışı həyata keçirir. Hər satılmış avtomobil üçün 5 il və ya 100,000 km zəmanət təqdim olunur. Bu müddət ərzində Naxçıvan Motors-un rəsmi servis mərkəzlərində avtomobillərə hərtərəfli texniki xidmət göstərilir.
Sertifikatlı ustalar tərəfindən həyata keçirilən diaqnostika və təmir işləri qısa müddətdə nasazlıqların aradan qaldırılmasını təmin edir. Servis mərkəzində eyni vaxtda 10-12 avtomobilə texniki xidmət göstərilə bilir.
Avtosalon müasir satış prinsiplərinə əsaslanaraq müştərilərə əlverişli kredit şərtləri ilə xidmət göstərir. Bunun nəticəsində 350-dən artıq aktiv müştəriyə xidmət göstərilməkdədir. Müştəri məmnuniyyətini əsas götürən şirkət, avtomobillərin sifarişlə gətirilməsi xidmətini də həyata keçirir.
Müxtəlif dövrlərdə keçirilən Qış kampaniyası, Novruz kampaniyası, Bahar kampaniyası kimi aksiyalar vasitəsilə 12%-dən başlayan kredit faizləri və 5000-8000 AZN arası endirimlər təqdim olunur. Bu isə satışların davamlı artımını təmin edir.
Naxçıvan Motors MMC yalnız yerli istehsal deyil, eyni zamanda Toyota, Hyundai, Kia, Audi, Mercedes-Benz, BMW, Chevrolet, Ford, Opel və digər dünya brendlərinin də satışını həyata keçirir. Müştərilər bu avtomobilləri həm nağd, həm də kredit yolu ilə əldə edə bilərlər.