Sonra Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan Holdinq” KŞİ-nin təsisçisi Vüqar Abbasov qeyd edib ki, ölkədə aparılan islahatların əsas məqsədlərindən biridə yerli peşəkar kadrların yetişdirilməsi, gənclərin yerli müəssələrdə öz layiqli yerlərini tutmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə tələbələr də onlar üçün yaradılan əlverişli şəraitdən səmərəli istifadə etməlidirlər. Daima öyrənməyə, təcrübə toplamağa çalışan gənclər peşəkar kadr kimi formalaşaraq iqtisadi inkişafa böyük təsir göstərir.
Daha sonra Naxçıvan Dövlət Univerisiteti ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası, “Cahan Holdinq” KŞİ arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda ali təhsil müəssisəsi ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” KŞİ arasında əməkdaşlığın genişləndirilməsi, İqtisadiyyat fakültəsi üzrə təhsil alan tələbələrin Naxçıvan Sahibkarlar Konfederasiyası və “Cahan Holdin” KŞİ ilə geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına qoşulmaları, əməkdaşlıq çərçivəsində elmi-praktiki konfransların, seminarların, təlim və kursların, motivasiya edici görüşlərin təşkili öz əksini tapıb. Univerisitetdə yaradılacaq Texnoparkda “Cahan Holdinq” KŞİ ilə iş birliyi çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi və təhsil ocağının akademik potensialın birləşdirilməsi nəzərdə tutulub.
Sonra Naxçıvan Dövlət Univerisitetinin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “CahaHoldinq” KŞİ-təsisçisi Vüqar Abbasova hədiyyələr təqdim edib.