Mayın 20-də Bakıda İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabirin iştirakı ilə Azərbaycan-Tacikistan biznes forumu keçirilib.
Biznes forumda hər iki ölkənin iş adamları, biznes strukturlarının təmsilçiləri , eləcə də “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti iştirak etmişdir.
Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.