Cahan_Az

“Magna İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti — Azərbaycan inşaat sektorunda geniş satış şəbəkəsinə və peşəkar təcrübəyə malik aparıcı şirkətlərdən biridir. Fəaliyyətinin əsas məqsədi ölkənin bütün bölgələrini keyfiyyətli və etibarlı inşaat materialları ilə təmin etməkdir.

Şirkət bazarın dinamikasına uyğun olaraq operativ satış strategiyası, müasir logistika imkanları və ixtisaslaşmış əməkdaş heyəti ilə fəaliyyət göstərir. Bu yanaşma “Magna İnşaat” MMC-nin müştəri yönümlü və rəqabətədavamlı şirkət kimi formalaşmasında mühüm rol oynayır.

Tikinti materiallarının satışında etibarlı, çevik və müasir xidmət modelini təqdim etməklə, müştərilərin ehtiyaclarını tam şəkildə qarşılamaq, tikinti sektorunun inkişafına dəstək olmaq və sosial-iqtisadi inkişafa töhfə vermək.

Yerli bazarda liderliyimizi möhkəmləndirməklə yanaşı, regional və beynəlxalq bazarlarda da tanınan, müasir və innovativ inşaat məhsulları təchizatçısına çevrilmək.

Azərbaycanın bütün bölgələrinə inşaat məhsullarının satışını həyata keçirən “Magna İnşaat” MMC rəqabət davamlılığını saxlayaraq yerli bazarın inkişafına əsaslı töhfələr verir. Şirkət geniş satış şəbəkəsi və peşəkar komandası ilə bazar tələblərinə uyğun şəkildə satışı təmin edərək, müştəri məmnuniyyətini ön planda saxlayır. Tikinti sektorunda etibarlı tərəfdaş kimi fəaliyyət göstərən “Magna İnşaat” MMC , həmçinin ixrac prosesini də genişləndirərək həyata keçirir.