Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqı 2019-cu ilin aprel ayından etibarən Çinin “Lifan İndustrial Group” şirkətinin Azərbaycandaki rəsmi nümayəndəsidir.
Lifan avtomobilləri Naxçıvan Avtomobil Zavodunda istehsal olunur. Müəssisədə “Lifan İndustrial Group”a aid 360 sedan tipli, 270 SUV tipli, 140 minivan tipli, 40 “Golfcar” tipli, o cümlədən 120 yük maşını və 230 motosikletin istehsalı nəzərdə tutulur. Zavodda istehsal olunan nəqliyyat vasitələrinin muxtar respublikada güzəştli şərtlərlə satışı və texniki servis xidməti də planlaşdırılır. Yüksək rəqabətqabiliyyətli avtomobillər istehsal etməyi qarşısına məqsəd qoyan Naxçıvan Avtomobil Zavodu daxili bazarın tələbini ödəməklə yanaşı, istehsal olunan nəqliyyat vasitələrinin Respublikamızın müxtəlif bölgələrinə və digər ölkələrə ixracını da nəzərdə tutur.
Bu gün avtomobil sənayəsində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillərin istehsal edildiyi Naxçıvan Avtomobil Zavodu inkişafının yeni mərhələsinə qədəm qoyub. Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəlif təyinatlı və modellərdəki nümunələrinin muxtar respublikamızda istehsal olunması, Naxçıvanda maşınqayırma sənayəsinin güclənməsinə, eləcə də milli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.
Rəhbər: Adil Axundov Telefon: (+99412) 310 07 85 Adres: Babək pr.21/99, Bakı AZ1031 / Azərbaycan Veb Adres: