Cahan_Az

Layihələr

Naxçıvan Şəhərində yeni yaşayış kompleksi

İnşa olunan kompleks tez bir zamanda şəhərimizin gözəlləşməsinə öz töhfəsini verəcəkdir. "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqınının tərkibində fəaliyyət göstərən İnşaat sektoru Bakı və Naxçıvan şəhərində yaşayış kompleksinin tikintisinə başlayaraq qısa müddət ərzində sakinlərinin istifadəsinə verilməsinə müvəffəq olmuşdur.

Sənaye Kompleksi

Bütün sənaye obyektlərimizi bir yerə toplayaraq müasir Sənaye Kompleksi qururuq. “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının yeni layihələrindən biri də “Cahan Sənaye Kompleksi”dir.Layihə “Cahan İnşaat” MMC-nin Mənzil-Tikinti İdarəsi tərəfindən həyata keçirilir. Layihəyə əsasən “Cahan Sənaye Kompleksi”nin ərazisində “Cahan Holdinq”in Naxçıvan şəhərində olan inzibati idarəsi, qida və sənaye istehsal müəssisələri tikiləcəkdir.

Şahbuz şəhər Su Təmizləyici Qurğular Kompleksi

“Cahan Holdinq” KŞİ-nın layihələrindən biri də “Şahbuz şəhər Su Təmizləyici Qurğular Kompleksi”dir. Layihə “Cahan İnşaat” MMC-nin Su və Kanalizasiya Xətlərinin Tikinti-Quraşdırma idarəsi tərəfindən icra olunmaqdadır. Kompleksdə qurulan qurğular Türkiyədən və İspaniyadan gətirilmişdir. Həmin qurğular yerli və xarici mütəxəssislər tərəfindən qurularaq hazır vəziyyətə gətirilmişdir. Kompleksdən evlərə müasir standartlara cavab verən su xətləri çəkilmiş, hər bir mənzil üçün su sayğacları quraşdırılmışdır. Kompleks ətrafında abadlıq işləri, buraya gələn yol üzərində təmir işləri aparılmışdır. Eyni zamanda kompleksin həyətində və kənarında yaşıllıq zolaqları salınmışdır.

Əyləncə Adası

“Cahan Holdinq” Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, yeni xidmət sahələrinin yaradılmasına da nail olmuş, 2014-cü ildə istifadəyə verilən “Əyləncə Adası”nda əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan ticarət mərkəzi müasir memarlıq üslubunda inşa olunmuşdur. Binada lift sistemi quraşdırılmış, iş otaqları istifadəyə verilmişdir. Zirzəmi qatından isə böyük anbar kimi istifadə olunur. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, İtaliya, Yaponiya və Cənubi Koreya istehsalı olan məhsullar da satılır.

Naxçıvançay Körpüsü

“Cahan İnşaat” MMC-nin Mənzil Tikinti İdarəsi tərəfindən bərpa və yenidənqurma işləri həyata keçirilmiş Naxçıvançay Körpüsü şəhərimizə xüsusi bir gözəllik bəxş edir.Bu layihə əsasında körpü ətrafında təmizlik-abadlıq işləri aparılmış, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün körpünün ətrafında səkilər bərpa olunmuşdur. Körpünün bərpa və təmir işlərində İtalyan istehsalı boyadan, paslanmaz polad kəndirlərdən, Bakı istehsalı üzlük daşlardan istifadə olunmuşdur. Körpüdə yeni və müasir tipli işıqlandırma sistemi quraşdırılıb ki, bu da şəhərə xüsusi bir estetik gözəllik verir.