Сahan Holdinqin 20 illiyinə həsr edilmiş təntənəli tədbir böyük müvəffəqiyyətlə “Marriott” otelində 20 may 2015-ci il tarixində keçirilmişdir.
Bayram üçün daha bir səbəb isə, şirkətin rebrendinqi və yeni loqonun nümayişi oldu. Rəsmi hissənin gedişatında bəzi işçilər, şirkətin xüsusilə fərqlənmiş hörmətli əməkdaşları mükafatlandırılmışdır.
Mükafatlandırılanların arasında şirkətin yaşlı nümayəndələri, həm də yeni işçilər də yer almışdır. Qeyd edək ki, şirkətdə hal-hazırda təxminən 5 min insan çalışır. Tədbirin sonunda bütün qonaqlara hədiyyələr təqdim olunmuşdur.