İyunun 7-də Minskdə işgüzar dairələrin Azərbaycan və Belarusun investisiya və ixrac imkanları ilə tanışlığı üçün mühüm platforma olan Belarus-Azərbaycan Biznes Forumu keçirilmişdir.
Biznes forumda Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Belarus Ticarət-Sənaye Palatasının sədr müavini Denis Meleşkin, iki ölkənin dövlət rəsmiləri və biznes nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində turizm, xarici sərgilərin birgə təşkili və “Azərbaycan Ticarət Evi”ndə satış üçün ayrı-ayrı məhsul növlərinin tədarükü sahələrində üç saziş imzalanıb. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.