Sənayeyə sərmayə qoyuluşunu davam etdirərək, istehsal müəssisələrimizi tək bir mərkəzdə toplamaq qərarına gəldik. “Cahan Sənaye Kompleksi” layihəsi belə yarandı. Hal-hazırda layihə tam gücü ilə həyata keçirilməkdədir.
“UĞUR 99” MMC – 2021-dən uğurlu tikinti layihələri ilə fəaliyyət göstərir “CAHAN HOLDİNQ”in tərkibində 2021-ci ildə yaradılan “UĞUR 99” MMC müxtəlif tikinti layihələrini uğurla həyata keçirmişdir.
Ölkəmizdə inşaat sektorunun durmadan inkişafı inşaat materiallarına olan tələbatı da artırmaqdadır. Bu tələbatı yerli və eyni zamanda, keyfiyyətli materilarla təmin etmək məqsədilə Beton Məmulatları İstehsalı zavodunun əsasını qoyduq. Bu gün artıq bu müəssisəmiz bir sıra layihələri yüksək keyfiyyətli beton məmulatları ilə təmin etmək iqtidarındadır.
“Cahan İnşaat” MMC – Gənclərə yönəlmiş yaşayış layihələri 2020-ci ildə ilk layihəsi olan “Ümid” Yaşayış Kompleksini uğurla başa vuran “Cahan İnşaat” MMC hazırda 9 mərtəbəli 7 binanın inşasını həyata keçirir. Gənclərin mənzillərlə təminatında “Naxçıvan İpoteka Fondu” ASC mühüm rol oynayır və bu ilin ötən dövründə 32 ailə mənzil sahibi olub.