“Gənclər şəhəri” gənc ailələrin övladları ilə birlikdə rahat və təhlükəsiz yaşayacağı bir şəhərcikdir.
“Gənclər Şəhəri” yaşayış kompleksi sizə sadəcə bir ev deyil, eyni zamanda mükəmməl mövqeyi, möhtəşəm mənzərəsi və rahat yaşaya biləcəyiniz ərazisi ilə analoqu olmayan yeni bir həyat bəxş edir. Özünüzə aid və rahat bir mühitdə yaşamaq istəyirsinizsə, sizi fərqli bir həyata, “Gənclər Şəhəri”ndə gələcəyə dəvət edirik.
6 blok və 456 mənzil ilə pəncərənizdən hansı mənzərəyə baxmaq istədiyinizi siz seçəcəksiniz. Gənc ailələrin ehtiyacı qədər, geniş ailələrin də istəkləri nəzərə alınmışdır. Şəhərcikdəki ümumi ictimai yerlər, təbiətdən zövq alacağınız səhər gəzintiləri, xüsusi yaşıllığı ilə seçilən parkın sakitliyi, ailənizlə axşam söhbətləri, çiçəklənən Naxçıvanımızı fərqli pəncərədən görmək imkanı, “Gənclər Şəhəri” sakinlərini gözləyir.
“Gənclər Şəhəri” ərazisində uşaqlar üçün də bir çox yer nəzərdə tutulub. Şəhərcikdəki uşaq bağçasına uşaqlarınızı əmanət edib, rahatca işinizə gedə biləksiniz. Şəhərcikdəki oyun parkında uşaqlarınız etibarlı şəraitdə oyun oynaya biləcəklər. Naxçıvanımızı fərqli pəncərədən görmək imkanı, “Gənclər Şəhəri” sakinlərini gözləyir.
“Gənclər Şəhəri” idman əraziləri və yaşıllıqları ilə gənc ailələrə rahat və sağlam bir həyat təqdim edir. İsti yay aylarında ailənizlə birlikdə gəzintiyə çıxmaq ayrı bir zövq olacaq. “Gənclər Şəhəri”ndə xüsusi dizaynla hazırlanmış mağazalarda rahat alışverişinizi edəcək, hətta dostlarınızla bir fincan çay içərək günün yorğunluğunu üstünüzdən ataraq istirahət edəcəksiniz.
Manager: Huseyn Aliyev
Phone: (+99436) 544 61 55
Address: Azerbaijan Street 20, Nakhchivan AZ7000 / Azerbaijan
Website: http://www.cahaninsaat.com