Cahan_Az

Xəbərlər

Dekabrın 12-də “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Dekabrın 12-də “Cahan Şirkətlər Qrupu”nun təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, müəssisə rəhbərləri və əməkdaşları Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.

 

Abidə önünə güllər qoyulub, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda, “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti Bakı şəhərində Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül çələngi qoyub və xatirəsini böyük hörmətlə anıblar.