“Wyhdam Otellər Qrupu”nun həqiqi üzvü olan “Days Hotel Baku” 4 ulduzlu otel kimi 29 noyabr 2009-cu il tarixindən fəaliyyətə başlamışdır. Otel inşaat planı, müasir bədii tərtibatı, texniki imkanları və peşəkar işçi heyəti ilə beynəlxalq standartlara cavab verir.
Otel 3 sadə, 45 standart (1 əlil otağı və 32 siqarət çəkilməyən otaq) , 35 senior standart və 18 biznes otaqlardan ibarət olan 102 rahat, komfortlu otaqlara malikdir.
Otelin əsas üstünlüklərindən biri də yüksək ixtisaslı, peşəkar və gülərüz personalıdır ki, bu da qonaqların rahatlığını və məmnunluğunu təmin edən əsas faktorlardandır.
Otelin əsas fəlsəfəsi və devizi “Günəş altında ən yaxşı xidmət” prinsipinə əsaslanaraq, hər bir qonağın komfortunu və məmnuniyyətini təmin etməkdir.
İstirahət və əyləncə üçün nəzərdə tutulan “Babək” barı isə rahat atmosferi və geniş içki seçimi ilə seçilir. Burada qonaqlar zövqlərinə uyğun müxtəlif alkoqollu və alkoqolsuz içkilər, eləcə də yüngül qəlyanaltılarla günün yorğunluğunu çıxara bilərlər. Bar həm gündüz saatlarında, həm də axşam saatlarında yüksək keyfiyyətli xidmət göstərir.
Otel daxilində müxtəlif ehtiyaclara cavab verən ictimai və istirahət zonaları da fəaliyyət göstərir. Qonaqlar “Ruzi” restoranında həm Azərbaycan, həm də Avropa mətbəxinin seçmə təamlarından dada bilərlər. Səhər yeməyi, nahar və şam menyuları zəngindir və hər zövqə uyğun hazırlanır. Restoranın geniş və rahat zalı həm ailəvi, həm də işgüzar görüşlər üçün əlverişlidir.
İşgüzar görüşlər, təqdimatlar və müxtəlif tədbirlər üçün nəzərdə tutulan “Banu” konfrans zalı, müasir audio və video avadanlıqlarla təchiz olunmuşdur. Zalın genişliyi, rahat oturacaq sistemi və texniki imkanları, buranı ideal iş məkanı halına gətirir. Eyni zamanda tədbirlərin yüksək səviyyədə təşkili üçün otel heyəti tərəfindən bütün texniki və inzibati dəstək göstərilir.
Otel daxilində müxtəlif ehtiyaclara cavab verən ictimai və istirahət zonaları da fəaliyyət göstərir. Qonaqlar “Ruzi” restoranında həm Azərbaycan, həm də Avropa mətbəxinin seçmə təamlarından dada bilərlər. Səhər yeməyi, nahar və şam menyuları zəngindir və hər zövqə uyğun hazırlanır. Restoranın geniş və rahat zalı həm ailəvi, həm də işgüzar görüşlər üçün əlverişlidir.
Bundan başqa bütün lazımi imkanları özündə birləşdirən “Banu” konfrans zalı, “Ruzi” restoranı, “Babək” barı, Kuba siqarlarının yerli məkanı olan “La Casa Del Habano” siqar evi də qonaqların ixtiyarına verilmişdir. Yuxarıda qeyd olunanlardan əlavə “Days Hotel Baku” avtomobillərin kirayəsi, camaşırxana, quru təmizləmə, yüksək sürətli, pulsuz Wi-Fi inernet çıxışı, yeraltı avtodayanacaq, 24 saat otaq servisi və transfer xidmətlərini təklif edir. Həmçinin elektron seyf, elektron qapı sistemi, mərkəzləşdirilmiş və kondinsionerli hava sistemi, birbaşa telefon çıxışı, minibar, fen, tüstü detektoru, peyk televiziyası, cakuzi və duş daxil etmək olar. “Ruzi” restoranı Azərbaycan və Avropa mətbəxini özündə birləşdirən menyusu ilə səhər, günorta və axşam yeməklərini təqdim edir.
“Babək” bar zalı sizə zövqünüzə uyğun içkilər və qəlyanaltılar seçməyə imkan verir.
“Banu” konfrans zalı sizin iş görüşlərinizin, banket və xüsusi tədbirlərin keçirilməsi üçün ideal məkandır.
Audio və video avadanlıqlarla təchiz olunmuşdur.
Günəş altında ən yaxşı xidmət bizim bütün xidmətlərimizdə bizə bələdçilik edir.