2007-ci ildə Azərbaycanda əsası qoyulan şirkətimiz premium siqar biznesi sahəsində ixtisaslaşaraq, bu sahədə ölkənin aparıcı distribütorlarından birinə çevrilmişdir.
Biz rəsmi olaraq Kuba siqarlarının Azərbaycandakı eksklüziv distribütoru kimi fəaliyyət göstəririk və siqar həvəskarlarını dünyaca məşhur, yüksək keyfiyyətli Kuba siqarları ilə təmin edirik. Ənənəvi üsullarla əllə bükülən bu siqarlar öz bənzərsiz dadı və aroması ilə qlobal siqar bazarında xüsusi yer tutur.
Kuba istehsalı olan siqarlar Habanos S.A. kimi nüfuzlu brendlər vasitəsilə təqdim olunur və hər biri fərqli ləzzət, quruluş və dərinliklə seçilir. Bu unikal məhsullar həqiqi siqar həvəskarları üçün əvəzolunmaz seçimdir.
Şirkətimiz, siqar mədəniyyətinin Azərbaycanda inkişafına dəstək göstərmək məqsədilə La Casa del Habano, C.iGars və Davidoff of Geneva adlı üç eksklüziv mağaza ilə xidmət göstərir. Eyni zamanda, 1000-dən çox satış nöqtəmiz vasitəsilə premium alkoqol mağazaları, otellər və şərab evlərinə məhsullar təqdim edirik.
Fəaliyyətimiz yalnız Kuba siqarları ilə məhdudlaşmır. Biz, dünyaca məşhur Davidoff brendi ilə də əməkdaşlıq edərək onların siqar və siqarillalarının Azərbaycandakı rəsmi distribütoruyuq.
Həmçinin, Avropa ölkələrindən də müxtəlif növ premium siqar və siqarilların idxalını həyata keçiririk. Bu yanaşma bizə müştərilərimizə daha geniş seçim və fərqli dad profilləri təqdim etməyə imkan verir.
Şirkətimizin əsas missiyası yüksək keyfiyyətli məhsullar təqdim etməklə yanaşı, Azərbaycanda siqar mədəniyyətini təşviq və inkişaf etdirməkdir.
Peşəkar komandamız, keyfiyyətə sadiqliyimiz və müştəri məmnuniyyətinə verdiyimiz önəm bizi siqar dünyasında etibarlı və hörmət olunan tərəfdaşa çevirir. Müştərilərimiz üçün sadəcə məhsul deyil, eyni zamanda fərqli həyat tərzi və mədəniyyət təqdim edirik.