Cahan_Az

“CTI Tobagro"

“Cahan Tabak Beynəlxalq” MMC Tütün Yetişdirmə Mərkəzi 2017 ci il mart ayından faliyətə başlamışdır.Tütün yetişdirmə mərkəzi Kəngərli rayon Xıncab kənd ərazisində 2.6 ha ərazidə qurulub. İlkin olaraq 2017-ci ildə Kəngərli rayon ərazisində sınaq məqsədi ilə 9 ha ərazidə Vircinia və İzmir oriental tütünləri əkilmişdir. Sınaqlardan yaxşı nəticə və kefiyyətli 12 ton quru tütün əldə edilmişdir.

Tütün yetişdirmə mərkəzində 5 ədəd istixana (ümumi ölçüsü 2304 m²), yarım açıq və tam kapalı olaraq 400 m² olan 2 ədəd anbar, 1 ədəd 200 m² olan ofis binası, 2650 m² tütün qurutma sahəsi var.
2018-ci ildə isə Kəngərli, Şərur və Babək rayon ərazilərində toplam 41.1 ha İzmir Oriental və Virginia növ tütünləri əkilib.