Cahan_Az

Categories
allnews-Az Ana səhifə Tədbirlər

“Cahan Holdinq” KŞİ-nin Prezidenti Vüqar Abbasov , KOBİA və “Caspian European Club” – ın birgə keçirdiyi biznes forumda iştirak edib.

“Cahan Holdinq” KŞİ-nin Prezidenti Vüqar Abbasov , KOBİA və “Caspian European Club” – ın birgə keçirdiyi biznes forumda iştirak edib.

Martın 6-da Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian European Club” birgə biznes forum keçirib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə təşkil edilmiş biznes forumda Azərbaycanda biznesin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Biznes Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Cahan Holdinq”in, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, “Bakı Textil Fabriki” MMC-nin və “Times Consulting” şirkətinin nümayəndələri çıxış və təqdimatlar ediblər. Forum çərçivəsində “Cahan Holdinq” və “Caspian European Club” arasında əməkdaşlıq barədə Memorandum imzalanıb.

Tədbir çərçivəsində xüsusi olaraq “KOB Dostu” masası yaradılıb və KOBİA-nın KOB dostları vasitəsilə biznes forumda iştirak edən sahibkarların müraciət və təklifləri dinlənilib. Qeyd edək ki, biznes forumda sahibkarlar, diplomatik qurum və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Categories
Tədbirlər

“Naxçıvan” Universitetində “Uğura doğru” layihəsi çərçivəsində “Gənclərin Motivasiya Forumu” keçirilib.

Xəbərlər

“Cahan AVM” MMC-də qış mövsümünə hazırlıqla əlaqədar işçilər arasında maarifləndirmə işi aparılmışdır.

Forumda universitetin “İqtisadiyyat” fakültəsinin tələbələri və könüllü tələbələr iştirak ediblər.Forumda motivator kimi iştirak edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri, “Cahan Holdinq”in rəhbəri Vüqar Abbasov öz uğur yolundan bəhs edib.

Onun sözlərinə görə, qarşıya qoyulan məqsəd və uğrunda atılan uğurlu addımlar nəticəsində ötən illər ərzində “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı kiçik bir şirkətdən istehsal, ticarət, xidmət, inşaat sektorlarını əhatə edən böyük bir quruma çevrilə bilib. Hazırda bu qurumun tabeliyindəki müəssisələrin istehsal etdiyi məhsullar təkcə Azərbaycanda istehlak olunmur, həmçinin xaricə də ixrac edilir. Məqsəd “Cahan Holdinq”in fəaliyyət dairəsini daha da genişləndirərək beynəlxalq arenada sayılıb seçilən şirkətlərdən olmaqdır.

Vüqar Abbasov tələbələrin suallarını cavablandıraraq onlarla səmimi müzakirələr aparıb.

Categories
allnews-Az Ana səhifə Tədbirlər

“Cahan Sənaye Kompleksi” MMC – də yeni yaradılmış istehsal müəssisəsini yerli sahibkarlar ziyarət etmişdir.

Xəbərlər

“Cahan Sənaye Kompleksi” MMC – də yeni yaradılmış istehsal müəssisəsini yerli sahibkarlar ziyarət etmişdir.

Mayın 22-də “Cahan Sənaye Kompleksi” MMC tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsinə yerli sahibkarlar dəvət edilmişdir.

Müəssisə rəhbərliyi tərəfindən məlumat verilmişdir ki, plastik boru, profil və aksesuarların istehsalı ilə məşğul olan müəssisənin məqsədi daxili bazarı yüksəkkeyfiyyətli tikinti materialları ilə təmin etməkdir. Burada quraşdırılmış tam avtomatlaşdırılmış avadanlıqlarla müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də polietilen əsaslı sərt sulama boruları, PVC əsaslı lambir, saydinq və aksesuarlar, PVC əsaslı yumşaq rezin suvarma şlanqları, kanalizasiya boruları, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. Bu avadanlıqlar vasitəsilə məhsulların təzyiqə, istiliyə və zərbəyə davamlılığının, o cümlədən xammalın tərkibinin yoxlanması da mümkündür. Burada istehsal olunan hər məhsul növünə beynəlxalq sertifikat verilib. 

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Tədbirlər

“Magna” markası “Aqua Therm Baku 2018” sərgisində təqdim edilib.

Xəbərlər

“Magna” markası “Aqua Therm Baku 2018” sərgisində təqdim edilib.

“Cahan Sənaye Kompleksi”nin tərkibində olan “Magna” markası 4 əsas istiqamətdə fəaliyyət göstərir. Bu istiqamətlər PPR, plastik boru və əlavə hissələri, qapı pəncərə sistemləri üçün PVC profillər, saidinq və fasad örtükləri, radiator və dam örtüklərinin istehsalıdır. 

Regionun ən mühüm plastik boru və əlavə hissə istehsalçısı mövqeyinə çatmış “Magna” dünyada bu işin mütəxəssisi olan markalarla əməkdaşlıq çərçivəsində əhəmiyyətli addımlar atır. İlk dəfə “Aqua Therm Baku 2018” sərgisində iştirak edən “Magna” burada istehsal etdiyi məhsulları təqdim edib və ən gözəl stend dizaynı mükafatına laiq görülüb. Naxçıvan Muxtar Respublikasında istehsal olunan və Azərbaycanın 8 fərqli bölgəsində yerləşən 10 ofisi ilə satış və  satış sonrası xidmət verməkdədir.

Categories
allnews-Az Ana səhifə Görüşlər Tədbirlər

“Cahan AVM” MMC-də qış mövsümünə hazırlıqla əlaqədar işçilər arasında maarifləndirmə işi aparılmışdır.

Xəbərlər

“Cahan AVM” MMC-də qış mövsümünə hazırlıqla əlaqədar işçilər arasında maarifləndirmə işi aparılmışdır.

28.10.2020-ci il tarixdə Cahan Holdinq Kommersiya Şirkətlər Ittifaqının aparatının Əməyin Mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mütəxəssisi Rəşad Allahyarovun və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Kapitan Turan Şahhüseynovun iştirakı ilə “Cahan AVM” MMC-də 50 nəfərin iştirakı ilə qış mövsümünə hazırlıqla əlaqədar işçilər arasında maarifləndirmə işi aparılmışdır.

Kapitan T.Şahhüseynov qış mövsümünə hazırlıqla əlaqədar işçilərə hansı işlərin görülməli olduğu, qaz cihazlarında və su qızdırıcılarda hər hansı bir nasazlıq olarsa əvəlcədən nə etməli, evlərdə dəm qazlarının sızması zamanı sakinlərdə baş verən hansı əlamətlərin necə olduğu, bunun üçün ilkin olaraq nə etməli olduğu  ilə bağlı  geniş və ətraflı məlumat vermişdir. Xüsusilə fərdi evlərdə yaşayan insanların qış mövsümündə mənzillərdə istilik sobalarının quraşdırılması zamanı tüstü bacalarının mütləq açıq vəziyyətdə olmasının yoxlanılmalı olduğunu və hansı tüstü borularından istifadə olunması barədə məlumat verdi.

Tədbirin sonunda  Holdinqimizin struktur bölmələrində çalışan işçilərlə   maarifləndirmə işləri apardıqlarına görə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə və bütün kollektivinə Holdinqimizin rəhbərliyi adından  minnətdarlıq bildirilmişdir. 

Categories
allnews-Az Ana səhifə Tədbirlər

“Cahan Holding”ə məxsus Qafqazda ən böyük enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub

Xəbərlər

“Cahan Holding”ə məxsus Qafqazda ən böyük enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub

11 iyul, 2023-cü il tarixində  “Cahan Holding”ə daxil olan ENNA şirkətinin Naxçıvanda yerləşən enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub. Müasir avadanlıqlarla təchiz olunmuş zavod istehsal həcminə görə Qafqazın ən iri enerji və sərinləşdirici içki zavodudur. Açılış tədbirində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, “Cahan Holding”in qurucusu Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, holdinqin və ENNA şirkətinin rəhbər heyətləri  iştirak ediblər. 

Açılışda qonaqları salamlayan Vüqar Abbasov müəssisə və zavod barədə qonaqlara ətraflı məlumat verib.  O bildirib ki, layihə ölkəyə idxal edilən məhsulların yerli istehsalla əvəz edilməsi, Naxçıvanda yeni iş yerlərinin açılması, regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması baxımından mühüm hadisədir.
“Müəssisə bizə xarici ölkələrə də satış etmək imkanı verir. İnanıram ki, zavodun müştəri məmnuniyyətinə səbəb olan məhsullar qonşu dövlətlərə, Orta Asiya və Ərəb ölkələrinə də ixrac olunacaq.” V. Abbasov bildirib. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli öz çıxışında bildirib ki, dövlət başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində bundan sonra da Naxçıvanda yeni müəssisələr yaradılacaq. Müəssisələrin kadr potensialı məsələsinə toxunan səlahiyyətli nümayəndə, muxtar respublikada fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin potensialından istifadə edərək müasir peşə bacarıqlarına malik savadlı kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb.Çıxışların ardınca qonaqlar  zavod ərazisini ziyarət edərək müəssisəsinin Keyfiyyət və Prosesə Nəzarət şöbəsinin sınaq laboratoriyası ilə tanışlıq olub. Daha sonra istehsal müəssisəsi işə salınıb və ziyarətçilər istehsal prosesi ilə yaxından tanış olublar. Ziyarət zamanı zavod işçiləri qonaqları təhlükəsizlik və avadanlıqların işləmə prinsipi barədə suallarını cavablandırıblar. 

ENNA MMC şirkəti 2022-ci ildə “Cahan Holding” tərəfindən ölkədə enerji və sərinləşdirici içkilərin istehlakı istiqamətində daxili tələbatı ödəmək məqsədilə  yaradılıb. Müəssisənin əsas hədəfi fəaliyyəti dövründə hər il istehsal həcmini intensiv olaraq artırıb, Naxçıvan Muxtar Respublikasının sərhədləri xaricinə çıxarmaq, digər regionlara qazlı içkilərin satışı həyata keçirməkdir. Zavodun üç növbəli iş rejimi ilə ildə 230 milyon dəmir içki bankası  istehsal etmək gücü var. Müəssisənin fəaliyyəti üçün ümumilikdə 300 nəfər yeni işçi cəlb olunub. Bunun üçün yerli potensialdan istifadə edilib.

Zavodda GMP təhlükəsizlik standartının tətbiqi və quraşdırılmış innovativ texnologiyalar sayəsində məhsullar insan əli dəymədən istehsal edilir. İstehsal edilmiş məhsullar  müasir  laboratoriyada test edilib keyfiyyəti təsdiq edildikdən sonra satışa çıxarılır.  

Categories
allnews-Az Ana səhifə Tədbirlər

Azərbaycan sahibkarları Daşkənddə keçirilən Biznes və İnvestisiya Forumunda iştirak ediblər.

Xəbərlər

Azərbaycan sahibkarları Daşkənddə keçirilən Biznes və İnvestisiya Forumunda iştirak ediblər.

05 oktyabr 2019-cu il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) üzvü olan ölkələrin Biznes və İnvestisiya Forumu keçirilib.  Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid  Kuçkarovun rəhbərliyi ilə keçirilən Forumda 55 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edib.Forumda Naxçıvan Muxtar Respublikasını Azərbaycan  sahibkarları Konfedrasiyasının vitse prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfedrasiyasının sədri və “Cahan Holding” KŞİ-nin Prezidenti Vüqar Abbasov təmsil edib.

Forumda tikinti materiallarının  istehsalı, dərman vasitələri, kənd təsərrüfatı, turizm, qida sektoru, tekstil, informasiya və rabitə texnologiyaları, kimya, neft və qaz sənayesi, maşınqayırma, elektrik mühəndisliyi və digər sahələrdə çalışan, müxtəlif türkdilli ölkələrdən gələn 400-dən artıq iş adamı qatılıb

Categories
allnews-Az Ana səhifə Görüşlər Tədbirlər

Çempion “Araz-Naxçıvan” qızıl medallarına qovuşdu.

Xəbərlər

Çempion “Araz-Naxçıvan” qızıl medallarına qovuşdu.

“Cahan Holding”-in sponsorluq etdiyi “Araz-Naxçıvan” Futbol Klubu Azərbaycan 1-ci Divizion 2022/23-cü illər mövsümünün çempionu olaraq qızıl medallarına qovuşub.

Naxçıvan Şəhər Stadionunda oyun sonrası təşkil edilən mərasimdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, AFFA nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının( NFF) sədri və “Cahan Holding”-in qurucusu Vüqar Abbasov, “Araz-Naxçıvan” FK-nın rəhbər heyəti, həmçinin Naxçıvan Muxtar Respublikasından dövlət nümayəndələri və görkəmli şəxsləri iştirak ediblər. 

Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov “Araz-Naxçıvan” klubunun çempionluğu üçün görülən işlərdən danışaraq bildirib ki, “klub demək olar sıfırdan yaradılıb, stadion təmir olunub, təbii qazonla örtülüb, işıq və səs sistemi quraşdırılıb, uşaq futbolunu inkişaf etdirmək üçün futbol akademiyası yaradılıb. Klubun sponsoru “Cahan Holding” futbolçuların çempion olması üçün tələb olunan hər şeyi edib. Bundan sonra da klubun yüksək liqada uğur qazanması üçün lazımı işlərin görüləcəyinə əminəm.”

Çıxışlardan sonra fəxri qonaqlar “Araz-Naxçıvan” klubunun futbolçularına doğma meydanda, doğma azarkeşləri qarşısında qızıl medallarını və çempion qubokunu təqdim ediblər. 
Təltif etmə mərasimindən sonra tədbir konsert proqramı ilə davam edib. Azarkeşlər Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun,  Azərbaycan Respublikasının Əməkdar artisti Fərid Əliyevin ifasında mahnılar dinləyib, Naxçıvan Muxtar Respublikasının sevilən “Ponpon” bədi gimnastika qrupunun rəqslərinə tamaşa edib xoş vaxt keçiriblər. 

Categories
allnews-Az Ana səhifə Tədbirlər

İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib.

Xəbərlər

İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib.

İyulun 17-18-də Bakı şəhərində İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib.

Vüqar Abbasov İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində keçirilən tədbirdə iştirak edib.  İyulun 17-18-də Bakı şəhərində İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Palataya üzv 20 dövlətdən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur. “Cahan Holdinq”-in təsisçisi,  Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da keçirilən tədbirlərdə iştirak edib. 

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Tədbirlər

“Cahan Holding”ə məxsus Qafqazda ən böyük enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub

Xəbərlər

"Cahan Holding”ə məxsus Qafqazda ən böyük enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub

11 iyul, 2023-cü il tarixində  “Cahan Holding”ə daxil olan ENNA şirkətinin Naxçıvanda yerləşən enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub. Müasir avadanlıqlarla təchiz olunmuş zavod istehsal həcminə görə Qafqazın ən iri enerji və sərinləşdirici içki zavodudur. Açılış tədbirində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, “Cahan Holding”in qurucusu Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, holdinqin və ENNA şirkətinin rəhbər heyətləri  iştirak ediblər. 

Açılışda qonaqları salamlayan Vüqar Abbasov müəssisə və zavod barədə qonaqlara ətraflı məlumat verib.  O bildirib ki, layihə ölkəyə idxal edilən məhsulların yerli istehsalla əvəz edilməsi, Naxçıvanda yeni iş yerlərinin açılması, regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması baxımından mühüm hadisədir.
“Müəssisə bizə xarici ölkələrə də satış etmək imkanı verir. İnanıram ki, zavodun müştəri məmnuniyyətinə səbəb olan məhsullar qonşu dövlətlərə, Orta Asiya və Ərəb ölkələrinə də ixrac olunacaq.” V. Abbasov bildirib. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli öz çıxışında bildirib ki, dövlət başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində bundan sonra da Naxçıvanda yeni müəssisələr yaradılacaq. Müəssisələrin kadr potensialı məsələsinə toxunan səlahiyyətli nümayəndə, muxtar respublikada fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin potensialından istifadə edərək müasir peşə bacarıqlarına malik savadlı kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb. Çıxışların ardınca qonaqlar  zavod ərazisini ziyarət edərək müəssisəsinin Keyfiyyət və Prosesə Nəzarət şöbəsinin sınaq laboratoriyası ilə tanışlıq olub. Daha sonra istehsal müəssisəsi işə salınıb və ziyarətçilər istehsal prosesi ilə yaxından tanış olublar. Ziyarət zamanı zavod işçiləri qonaqları təhlükəsizlik və avadanlıqların işləmə prinsipi barədə suallarını cavablandırıblar. 