Category: Tədbirlər
Xəbərlər
Son Xəbərlər
Fevralın 14-də Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) arasında Anlaşma Memorandumu imzalanıb.

Fevralın 14-də Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə imzalanıb.
Sənədi TCCI və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev imzalayıb. Memorandumda əməkdaşlıq üçün çərçivələr və konkret istiqamətlər müəyyən edilib. Qeyd edək ki, tədbirdə “Cahan Şirkətlər Qrupu”nun təsis
Naxçıvanda gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib
- Post author By corporate@cahan.az
- Post date Fevral 6, 2025

Xəbərlər
Son Xəbərlər
Naxçıvanda gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü, iştirakı və “Cahan Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə “Cahan Şirkətlər Qrupu”na daxil olan “ENNA” MMC-də görüş keçirilib. Görüşdə gömrük əməkdaşları adıçəkilən müəssisənin fəaliyyəti və istehsal edilən məhsulların çeşidləri ilə yaxından tanış olublar. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri,”Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov şirkət haqqında məlumat verib. Vurğulanıb ki, “ENNA” MMC muxtar respublikada ilk dəfə enerji içkilərinin istehsalına başlayıb.
Bu istehsalla muxtar respublikanın enerji və sərinləşdirici içkilərinə olan tələbatı ödənilir. Müəssisənin fəaliyyəti dövründə hər il istehsal həcmi intensiv olaraq artır, regionlara qazlı içkilərin satışı həyata keçirilir. Türkiyə, Almaniya və digər Avropa ölkələrindən gətirilmiş avadanlıqlarla təchiz olunmuş müəssisənin illik istehsal gücü üç növbəli iş rejimi ilə 200 milyon ədəd dəmir bankadır. “ENNA” brendi olan “Plus Over”, “Buzz tea”, “Buz Cola”, “Dinamit” içkiləri artıq Qazağıstan, Özbəkistan, Gürcüstan, Amerika, Rusiya və İrana ixrac olunur.
İstehsal müəssisəsinin mütəxəssisi tərəfindən gömrük əməkdaşlarına istehsal prosesinin mərhələləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müəssisədə fəaliyyət göstərən ən müasir avadanlıq və cihazlarla təchiz olunmuş “Sınaq laborpotoriyası”ında mövcüd analiz və ölçmə cihazları vasitəsilə bütün mallar proqrama uyğun sınaqdan keçirilir. Nəzərə çatdırılıb ki, Türkiyə Respublikasının Kənd Təssərüfatı Nazirliyinin nümayəndə heyətinin yoxlanışından sonar bütün standartlara cavab verən fabrikə “Güvənli istehsal müəssisəsi” adı verilmişdir.
Görüşdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Vüqar Əliyev rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib, gömrük-biznes əməkdaşlıq çərçivəsində rəy və təkliflər dinlənilib, suallar ətraflı cavablandırılıb. Eyni zamanda idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər geniş təhlil olunub.

Xəbərlər
Son Xəbərlər
Cahan Şirkətlər Qrupu şəhidlərin xatirəsini ehtiramla yad edir və onların ailələrinə daim diqqət və qayğı göstərir.

Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz Cahan Şirkətlər Qrupu tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
Bu məqsədlə Şirkətlər Qrupunun bir qrup əməkdaşı hər ilki ənənəyə sadiq qalaraq adlarını tarixə qızıl hərflərlə yazdırmış Qaraxanbəyli, Qaraçuq və Tumbul kəndlərindən olan şəhidlərin ev muzeylərini və ailələrini ziyarət etmiş, görüş zamanı əməkdaşlar tərəfindən ailələrə Naxçıvan Muxtar Respublikasının Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının sədri,Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasovun təbriki çatdırılmış və bayram hədiyyələri təqdim olunmuşdur. Şəhidlərimizlə qürur duyduqlarını bildirən qrup üzvləri onlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.
Dekabrın 26-da Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib.
- Post author By corporate@cahan.az
- Post date Yanvar 30, 2025

Xəbərlər
Son Xəbərlər
Dekabrın 26-da Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib.

Dekabrın 26-da Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib.
İclasda iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu çıxışlar etmişdir.
İclasda Türk İnvestisiya Fondunun mövcudluğu, qarşılıqlı investisiyaların artırılması və layihələrdə iştirak imkanlarının genişləndirilməsi məsələsi müzakirə edilib. Assambleya üzvlərinin səsverməsi ilə Türk Ticarət və Sənaye Palataları Birliyinə rəhbərlik Azərbaycana keçib.
Qeyd edək ki, iclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov və şirkətin rəhbər heyəti də iştirak edib.
Dekabrın 18-də “Caspian Business Award” mükafatının təltifetmə mərasimi təşkil edilib.
- Post author By corporate@cahan.az
- Post date Yanvar 30, 2025

Xəbərlər
Son Xəbərlər
Dekabrın 18-də 11-ci Beynəlxalq “Caspian Business Award” mükafatının təltifetmə mərasimi keçirilib.

Dekabrın 18-də “Yaşıl Dünya Naminə Həmrəylik İli” və “Caspian Energy” brendinin 25 illik yubileyinə həsr olunmuş 11-ci Beynəlxalq “Caspian Business Award” mükafatının təltifetmə mərasimi təşkil edilib.
Tədbirdə “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov və şirkətin rəhbər heyəti iştirak edib. Vüqar Abbasov sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə “Caspian Business Award” mükafatı ilə təltif olunub.
Dekabrın 17-də Bakıda “Gömrük-Biznes Forumu 2024” keçirilib.
- Post author By corporate@cahan.az
- Post date Yanvar 30, 2025

Xəbərlər
Son Xəbərlər
Dekabrın 17-də “Gömrük-Biznes Forumu 2024” keçirilib.

Dekabrın 17-də Bakıda Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2024” keçirilib.
Forumun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, cari il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılması olmuşdur.
Forumda dövlət və özəl sektorun, ictimaiyyətin, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçilərindən ibarət nümayəndələr iştirak edib. Qeyd edək ki, forumda Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da iştirak etmişdir.
Dekabrın 16-da 2024-cü il üzrə “Dayaq” mükafatı
- Post author By corporate@cahan.az
- Post date Yanvar 30, 2025

Xəbərlər
Son Xəbərlər
Dekabrın 16-da KOBİA-nın təşkilatçılığı ilə “Dayaq” mükafatının təqdimat mərasimi keçirilib.

Dekabrın 16-da 2024-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Qeyd edək ki, “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da tədbirdə iştirak etmişdir.