Cahan_Az

Categories
allnews-Az Ana səhifə Görüşlər Tədbirlər

Naxçıvanda gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib

Xəbərlər

Naxçıvanda gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü, iştirakı və “Cahan Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə “Cahan Şirkətlər Qrupu”na daxil olan “ENNA” MMC-də görüş keçirilib. Görüşdə gömrük əməkdaşları adıçəkilən müəssisənin fəaliyyəti və istehsal edilən məhsulların çeşidləri ilə yaxından tanış olublar. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri,”Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov şirkət haqqında məlumat verib. Vurğulanıb ki, “ENNA” MMC muxtar respublikada ilk dəfə enerji içkilərinin istehsalına başlayıb.

Bu istehsalla muxtar respublikanın enerji və sərinləşdirici içkilərinə olan tələbatı ödənilir. Müəssisənin fəaliyyəti dövründə hər il istehsal həcmi intensiv olaraq artır, regionlara qazlı içkilərin satışı həyata keçirilir. Türkiyə, Almaniya və digər Avropa ölkələrindən gətirilmiş avadanlıqlarla təchiz olunmuş müəssisənin illik istehsal gücü üç növbəli iş rejimi ilə 200 milyon ədəd dəmir bankadır. “ENNA” brendi olan “Plus Over”, “Buzz tea”, “Buz Cola”, “Dinamit” içkiləri artıq Qazağıstan, Özbəkistan, Gürcüstan, Amerika, Rusiya və İrana ixrac olunur.

İstehsal müəssisəsinin mütəxəssisi tərəfindən gömrük əməkdaşlarına istehsal prosesinin mərhələləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müəssisədə fəaliyyət göstərən ən müasir avadanlıq və cihazlarla təchiz olunmuş “Sınaq laborpotoriyası”ında mövcüd analiz və ölçmə cihazları vasitəsilə bütün mallar proqrama uyğun sınaqdan keçirilir. Nəzərə çatdırılıb ki, Türkiyə Respublikasının Kənd Təssərüfatı Nazirliyinin nümayəndə heyətinin yoxlanışından sonar bütün standartlara cavab verən fabrikə “Güvənli istehsal müəssisəsi” adı verilmişdir.

Görüşdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Vüqar Əliyev rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib, gömrük-biznes əməkdaşlıq çərçivəsində rəy və təkliflər dinlənilib, suallar ətraflı cavablandırılıb. Eyni zamanda idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər geniş təhlil olunub.

Categories
allnews-Az Ana səhifə Görüşlər Sərgilər Tədbirlər

“Cahan Holdinq”in əməkdaşları Bəhruz Kəngərli Muzeyində olublar.

Xəbərlər

“Cahan Holdinq”in əməkdaşları Bəhruz Kəngərli Muzeyində olublar.

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının əməkdaşları Bəhruz Kəngərli Muzeyində olublar.

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının əməkdaşları Bəhruz Kəngərli Muzeyində olublar. Muzeydə rəssamın həyatı və fəaliyyəti ilə bağlı rəsm əsərləri, əl işləri və digər eksponatlar nümayiş olunub və şirkətin əməkdaşlarına ətraflı məlumat verilmişdir.

Categories
allnews-Az Ana səhifə Görüşlər Tədbirlər

“Cahan AVM” MMC-də qış mövsümünə hazırlıqla əlaqədar işçilər arasında maarifləndirmə işi aparılmışdır.

Xəbərlər

“Cahan AVM” MMC-də qış mövsümünə hazırlıqla əlaqədar işçilər arasında maarifləndirmə işi aparılmışdır.

28.10.2020-ci il tarixdə Cahan Holdinq Kommersiya Şirkətlər Ittifaqının aparatının Əməyin Mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mütəxəssisi Rəşad Allahyarovun və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Kapitan Turan Şahhüseynovun iştirakı ilə “Cahan AVM” MMC-də 50 nəfərin iştirakı ilə qış mövsümünə hazırlıqla əlaqədar işçilər arasında maarifləndirmə işi aparılmışdır.

Kapitan T.Şahhüseynov qış mövsümünə hazırlıqla əlaqədar işçilərə hansı işlərin görülməli olduğu, qaz cihazlarında və su qızdırıcılarda hər hansı bir nasazlıq olarsa əvəlcədən nə etməli, evlərdə dəm qazlarının sızması zamanı sakinlərdə baş verən hansı əlamətlərin necə olduğu, bunun üçün ilkin olaraq nə etməli olduğu  ilə bağlı  geniş və ətraflı məlumat vermişdir. Xüsusilə fərdi evlərdə yaşayan insanların qış mövsümündə mənzillərdə istilik sobalarının quraşdırılması zamanı tüstü bacalarının mütləq açıq vəziyyətdə olmasının yoxlanılmalı olduğunu və hansı tüstü borularından istifadə olunması barədə məlumat verdi.

Tədbirin sonunda  Holdinqimizin struktur bölmələrində çalışan işçilərlə   maarifləndirmə işləri apardıqlarına görə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə və bütün kollektivinə Holdinqimizin rəhbərliyi adından  minnətdarlıq bildirilmişdir. 

Categories
allnews-Az Görüşlər

Bu il “Cahan Tabak Beynəlxalq ” MMC tərəfindən 45 hektar sahədə tütün əkini aparılmışdır.

Xəbərlər

Bu il "Cahan Tabak Beynəlxalq " MMC tərəfindən 45 hektar sahədə tütün əkini aparılmışdır.

Tütünçülüklə məşğul olan fermerlərə yetişdirdikləri məhsula görə ödəniş edilib.
Bu il “Cahan Tabak Beynəlxalq ” MMC  tərəfindən 45 hektar sahədə tütün əkini aparılmışdır.  Fermerlərin bu sahəyə marağını artırmaq məqsədilə onların əkin sahələrində  4000 m2 qurutma məntəqələri və məhsullarını tez bir zamanda təhvil verərək vəsaitlərinin almalarına şərait yaradılıb. Yeni avadanlıqlar və cihazlarla təchiz olunan qəbul məntəqəsində fermerlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb.
Categories
allnews-Az Ana səhifə Görüşlər

Bakıda Çinin ən lüks biznes sedanı Hongqi H9-un təqdimatı keçirilib.

Xəbərlər

Bakida Çinin ən lüks biznes sedanı Hongqi H9-un təqdimatı keçirilib.

Bakida Çinin ən lüks biznes sedanı Hongqi H9-un təqdimatı keçirilib.
 İyul 2021-ci il tarixində Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısının Azərbaycanda rəsmi nümayəndəsi “Cahan Motors” şirkəti tərəfindən Bakıda Hongqi H9-un təqdimatı keçirilib.
 

Hongqi H9 sedanı 2.0 Turbo V4 və 3.0 Turbo V6 mühərrik variantları ilə 4 komplektasiyada təklif edilir: 2.0T Luxury Edition, 2.0T Exalted Edition, 3.0T Flagship Edition və 3.0T Flagship4 seat Edition. Hongqi H9-un uzunluğu 5 metrdən (5137 mm), ön və arxa asqılar arasında məsafə isə (təkər bazası) 3 metrdən çoxdur. H9-un 2.0L mühərrik ilə təchiz edilən versiyası 100 kilometrə 7,1 litr, 3.0L mühərriklə təchiz edilən versiyası isə 9 litr yanacaq sərf edir. Hongqi H9-da 10 ağıllı, 13 təhlükəsizlik sistemi mövcuddur.

Categories
allnews-Az Görüşlər

Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçilib

Xəbərlər

Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçilib

Naxçıvan Muxtar Respublikası Futbol Federesiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Ramil Hacı bildirib ki, muxtar respublikada 17 stadion, 28 mini futbol meydançası mövcuddur və hazırda 100 qrup üzrə 1244 yeniyetmə və gənc aktiv şəkildə futbolla məşğuldur. Rayon və kəndlərdə əhalinin, xüsusilə də gənc nəslin futbola olan marağının daha da artırılması məqsədi ilə Şərur rayonunda 4, Culfa rayonunda 2, Sədərək rayonunda 2, Ordubad və Kəngərli rayonlarının hərəsində 1 olmaqla,  ümumilikdə 10 stadion əsaslı təmir olunaraq istifadəyə verilib. 

Qeyd olunub ki, son dövrlərdə məşqçi və hakimlər üçün seminarlar, kurslar, uşaq futbol komandaları arasında beynəlxalq turnir,  Region Liqasının yeni mövsümləri, futzal və çimərlik futbolunda ilk peşəkar liqa və çempionatlar keçirilib, AFFA-nın “Qızlar bacarır” və UEFA “Qrassruts” layihələrinin icrası təmin olunub. Yerli və xarici əməkdaşlıq əlaqələri sayəsində gələcək planların icrası üçün məqsədyönlü addımlar atılıb. Federasiyanın sədr müavini Sakit Rzayev federasiyanın ötənilki fəaliyyəti barədə ətraflı məlumatı diqqətə çatdırıb.

Hesabat-seçki yığıncağında federasiyanın yeni sədri ictimaiyyətə təqdim olunub. Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri, “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçilib. Vüqar Abbasov qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb. Göstərilən etimada görə minnətdarlığını bildirən Vüqar Abbasov Futbol Federasiyasının muxtar respublikada futbolun inkişafı istiqamətində sistemli tədbirlər görəcəyini qeyd edib, bu istiqamətdə səylə çalışacaqlarını vurğulayıb.

Categories
allnews-Az Ana səhifə Görüşlər Tədbirlər

Çempion “Araz-Naxçıvan” qızıl medallarına qovuşdu.

Xəbərlər

Çempion “Araz-Naxçıvan” qızıl medallarına qovuşdu.

“Cahan Holding”-in sponsorluq etdiyi “Araz-Naxçıvan” Futbol Klubu Azərbaycan 1-ci Divizion 2022/23-cü illər mövsümünün çempionu olaraq qızıl medallarına qovuşub.

Naxçıvan Şəhər Stadionunda oyun sonrası təşkil edilən mərasimdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, AFFA nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının( NFF) sədri və “Cahan Holding”-in qurucusu Vüqar Abbasov, “Araz-Naxçıvan” FK-nın rəhbər heyəti, həmçinin Naxçıvan Muxtar Respublikasından dövlət nümayəndələri və görkəmli şəxsləri iştirak ediblər. 

Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov “Araz-Naxçıvan” klubunun çempionluğu üçün görülən işlərdən danışaraq bildirib ki, “klub demək olar sıfırdan yaradılıb, stadion təmir olunub, təbii qazonla örtülüb, işıq və səs sistemi quraşdırılıb, uşaq futbolunu inkişaf etdirmək üçün futbol akademiyası yaradılıb. Klubun sponsoru “Cahan Holding” futbolçuların çempion olması üçün tələb olunan hər şeyi edib. Bundan sonra da klubun yüksək liqada uğur qazanması üçün lazımı işlərin görüləcəyinə əminəm.”

Çıxışlardan sonra fəxri qonaqlar “Araz-Naxçıvan” klubunun futbolçularına doğma meydanda, doğma azarkeşləri qarşısında qızıl medallarını və çempion qubokunu təqdim ediblər. 
Təltif etmə mərasimindən sonra tədbir konsert proqramı ilə davam edib. Azarkeşlər Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun,  Azərbaycan Respublikasının Əməkdar artisti Fərid Əliyevin ifasında mahnılar dinləyib, Naxçıvan Muxtar Respublikasının sevilən “Ponpon” bədi gimnastika qrupunun rəqslərinə tamaşa edib xoş vaxt keçiriblər. 

Categories
allnews-Az Ana səhifə Görüşlər

Səfir Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasını ­ ziyarət edib.

Xəbərlər

Səfir Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasını ­ ziyarət edib.

Serjan Abdıkarimov səfəri çərçivəsində dam örtükləri istehsalı müəssisəsi və plastik məmulatları istehsalı müəssisəsi ilə tanış olmuşdur.

10 dekabr 2019-cu il tarixdə Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ­əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev ­Muzeyini ziyarət edib.

 

Səfəri çərçivəsində Hörmətli səfir Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqının “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri, dam örtükləri istehsalı müəssisəsi və Plastik Məmulatları istehsalı müəssisəsi ilə tanış olmuşdur.

Tanışlıq zamanı diplomata məlumat verilib ki, İstilik panelləri və dam örtükləri müəssisədə 5620 kvadratmetr sahədə müasir avadanlıqlar quraşdırılmaqla dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb. 

 

Plastik Məmulatları müəssisəsi isə 14000 kv metr sahədə Türkiyə, İtaliya və Tayvan istehsalı olan avadanlıqlar quraşdırılmaqla tam avtomatlaşdırılmışdır. Müəssisədə 7 növdə 160 çeşitdə məhsul istehsal olunur.