Cahan_Az

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Xəbərlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə təşkil edilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 1-ci iqtisadi forumu keçirilib. Forumda Körfəz ölkələri ilə bərpaolunan, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq, KƏŞ və Azərbaycan arasında nəqliyyat və logistika sektorlarında problemlər və imkanlar müzakirə edilib. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Tədbirlər

“Cahan Holding”ə məxsus Qafqazda ən böyük enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub

Xəbərlər

"Cahan Holding”ə məxsus Qafqazda ən böyük enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub

11 iyul, 2023-cü il tarixində  “Cahan Holding”ə daxil olan ENNA şirkətinin Naxçıvanda yerləşən enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub. Müasir avadanlıqlarla təchiz olunmuş zavod istehsal həcminə görə Qafqazın ən iri enerji və sərinləşdirici içki zavodudur. Açılış tədbirində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, “Cahan Holding”in qurucusu Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, holdinqin və ENNA şirkətinin rəhbər heyətləri  iştirak ediblər. 

Açılışda qonaqları salamlayan Vüqar Abbasov müəssisə və zavod barədə qonaqlara ətraflı məlumat verib.  O bildirib ki, layihə ölkəyə idxal edilən məhsulların yerli istehsalla əvəz edilməsi, Naxçıvanda yeni iş yerlərinin açılması, regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması baxımından mühüm hadisədir.
“Müəssisə bizə xarici ölkələrə də satış etmək imkanı verir. İnanıram ki, zavodun müştəri məmnuniyyətinə səbəb olan məhsullar qonşu dövlətlərə, Orta Asiya və Ərəb ölkələrinə də ixrac olunacaq.” V. Abbasov bildirib. 

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli öz çıxışında bildirib ki, dövlət başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində bundan sonra da Naxçıvanda yeni müəssisələr yaradılacaq. Müəssisələrin kadr potensialı məsələsinə toxunan səlahiyyətli nümayəndə, muxtar respublikada fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin potensialından istifadə edərək müasir peşə bacarıqlarına malik savadlı kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb. Çıxışların ardınca qonaqlar  zavod ərazisini ziyarət edərək müəssisəsinin Keyfiyyət və Prosesə Nəzarət şöbəsinin sınaq laboratoriyası ilə tanışlıq olub. Daha sonra istehsal müəssisəsi işə salınıb və ziyarətçilər istehsal prosesi ilə yaxından tanış olublar. Ziyarət zamanı zavod işçiləri qonaqları təhlükəsizlik və avadanlıqların işləmə prinsipi barədə suallarını cavablandırıblar. 

 

ENNA MMC şirkəti 2022-ci ildə “Cahan Holding” tərəfindən ölkədə enerji və sərinləşdirici içkilərin istehlakı istiqamətində daxili tələbatı ödəmək məqsədilə  yaradılıb. Müəssisənin əsas hədəfi fəaliyyəti dövründə hər il istehsal həcmini intensiv olaraq artırıb, Naxçıvan Muxtar Respublikasının sərhədləri xaricinə çıxarmaq, digər regionlara qazlı içkilərin satışı həyata keçirməkdir. Zavodun üç növbəli iş rejimi ilə ildə 230 milyon dəmir içki bankası  istehsal etmək gücü var. Müəssisənin fəaliyyəti üçün ümumilikdə 300 nəfər yeni işçi cəlb olunub. Bunun üçün yerli potensialdan istifadə edilib.

Zavodda GMP təhlükəsizlik standartının tətbiqi və quraşdırılmış innovativ texnologiyalar sayəsində məhsullar insan əli dəymədən istehsal edilir. İstehsal edilmiş məhsullar  müasir  laboratoriyada test edilib keyfiyyəti təsdiq edildikdən sonra satışa çıxarılır.  

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Sərgilər Tədbirlər

Naxçıvanda “Cahan Holding”-in inşa etdiyi müasir “Ümid Yaşayış Kompleksi”-nin açılışı olub.

Xəbərlər

Naxçıvanda “Cahan Holding”-in inşa etdiyi müasir “Ümid Yaşayış Kompleksi”-nin açılışı olub.

Naxçıvanda “Cahan Holding”-in inşa etdiyi müasir “Ümid Yaşayış Kompleksi”-nin açılışı olub. Açılışda kompleksin yeni sakinlərinə mənzillərinin ordenini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli təqdim edib.    

“Cahan Holdinq”-in təsisçisi Vüqar Abbasov tədbir zamanı çıxışında deyib ki, muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən siyasətin nəticəsi olaraq  “Cahan Holdinq” də bu istiqamətdə öz töhfəsini verə bilib. “Ümid  Yaşayış Kompleksində” müasir yaşayış standartlarına cavab verən binalar tikilmiş, xidmət və istirahət sahələri yaradılmışdır.  Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də öz növbəsində  Azərbaycanda  müşahidə olunan inkişaf və müasirləşmənin Naxçıvanda da davam etdirilməsi, əhalinin  mənzil məişət  şəraitinin yaxşılaşdırılması istiqamətində yeni layihələrin  icra olunacağını bildirib.  

Qeyd edək ki, təməli 2020-ci ilin iyun ayında qoyulan “Ümid Yaşayış Kompleksi”-nin ümumi sahəsi 22 min 325 kvadratmetrdir və  4 ədəd 9 mərtəbəli yaşayış binasından ibarətdir. Binalarının hər birində 4 və 2 otaqlı olmaqla 54 mənzil yerləşir. Ümumilikdə, 4 yaşayış binasında 192 mənzil istifadəyə verilmişdir. Binalar lift ilə təmin olunub.  Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsindədir. Yaşayış kompleksində müasir işıqlandırma, təhlükəsizlik üçün mərkəzi müşahidə sistemi, 2 ədəd 650 kVA gücündə transformator, mərkəzi havalandırma sistemləri quraşdırılıb. Yanğından mühafizə üçün 500 kubmetrlik, tələbatı ödəmək üçün 250 kubmetrlik iki su anbarı tikilmişdir. Mənzillər yüksək sürətli fiber-optik şəbəkə sistemi ilə təchiz edilmişdir. 

İnşa olunan mənzillər ipoteka və sərbəst satışlarla əhalinin xidmətindədir. 72 mənzil ipoteka krediti ilə satılmışdır. Bundan başqa daxili imkanlar hesabına 32 ailəyə bir illik faizsiz daxili kredit , 29 ailəyə isə üç ilik daxili kredit verilərək gənc ailələr ev ilə təmin olunub.

“Ümid” yaşayış kompleksində 8460 kvadratmetr ərazi abadlaşdırılaraq sakinlər üçün istirahət parkı, uşaqlar üçün əyləncə parkı yaradılmışdır. 
Müasir tələblərə cavab verən “Ümid” yaşayış kompleksin əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərmişdir. Burada 26 mağaza istifadəyə verilib.  Kompleksdə 10 yeni iş yeri açılıb, orta aylıq əməkhaqqı 600 manatdır.

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Tədbirlər

“PlusOwer” və “BuzzTea” içkilərinin fərqli və möhtəşəm təqdimatı keçirilib.

Ultrices sodales dapibus massa hac quis. Fusce orci enim; ipsum mauris purus sed. Netus mattis litora ut convallis sagittis felis tempor suscipit. Scelerisque ultrices rhoncus vivamus a dapibus iaculis bibendum. Tortor netus ultrices quis varius natoque hac rutrum vestibulum. Libero suscipit mus viverra purus scelerisque magna vulputate. Nibh phasellus nunc adipiscing senectus scelerisque risus.

Xəbərlər

"PlusOwer" və "BuzzTea" içkilərinin fərqli və möhtəşəm təqdimatı keçirilib.

25 iyul, 2023-cü ildə Cinema Plus kinoteatrında “Cahan Holding”-in brendləri olan PlusOwer və BuzzTea içkilərinin möhtəşəm təqdimatı keçirilib. Tədbir brendlərin reklam tərəfdaşı CinemaPlusun Genclik Mall-dakı kinoteatrında təşkil olunub. 

 

Təqdimatdan öncə qonaqlar üçün  furşet və canlı musiqi təşkil edilib. Furşet zamanı şirkətin Marketinq direktoru Müşfiq İskəndərov  holdinqin təsisçisi Vüqar Abbasova reklam yenilikləri barədə məlumat verib. Vüqar Abbasov da öz növbəsində görülən işlər barədə öz fikirlərini bölüşüb.

 

Daha sonra, qonaqlar üçün kinoteatrın VİP zalında ən yeni kino kameralarla çəkilən reklamların nümayişi təşkil olunub.  Tamaşaçılar  BuzzTea-nin 2 və PlusOwer-in 1 yeni reklam videosunu seyr ediblər. Daxili müzakirələr zamanı reklam roliki tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

 

 

“Cahan Holding”-in təsisçisi Vüqar Abbasov reklamların təqdimatından sonra çıxış edərək sərinləşdirici içkilər sahəsində holdinqin gördüyü işlərdən danışıb. “Biz qısa müddətdə böyük işlər görmüşük. Bundan sonra da görüləsi işlər çoxdur. Amma  mənim üçün əsas məsələ keyfiyyətdir. Mən sevinirəm ki, keyfiyyətli məhsul istehsal edirik. Biz özümüz, ailəmiz də istehsal etdiyimiz məhsulları alıb içirik.” deyə o, əlavə edib.

“Cahan Holding”-in təsisçisi Vüqar Abbasov reklamların təqdimatından sonra çıxış edərək sərinləşdirici içkilər sahəsində holdinqin gördüyü işlərdən danışıb. “Biz qısa müddətdə böyük işlər görmüşük. Bundan sonra da görüləsi işlər çoxdur. Amma  mənim üçün əsas məsələ keyfiyyətdir. Mən sevinirəm ki, keyfiyyətli məhsul istehsal edirik. Biz özümüz, ailəmiz də istehsal etdiyimiz məhsulları alıb içirik.” deyə o, əlavə edib. Qeyd edək ki, CinemaPlus ilə reklam əməkdaşlığı çərçivəsində PlusOwer və BuzzTea reklamları  CinemaPlus kinoteatrlarının bütün zallarında filmlərdən qabaq nümayiş olunacaq. Bundan başqa Gənclik Mall-dakı CinemaPlus kinoteatrı tamamilə Buzz Tea markası ilə brendləşdirilib.