Cahan_Az

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Xəbərlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə təşkil edilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 1-ci iqtisadi forumu keçirilib. Forumda Körfəz ölkələri ilə bərpaolunan, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq, KƏŞ və Azərbaycan arasında nəqliyyat və logistika sektorlarında problemlər və imkanlar müzakirə edilib. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Sərgilər

Naxçıvanda 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018” keçirilib.

Xəbərlər

Naxçıvanda 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018” keçirilib.

İyunun 14-də Naxçıvan Biznes Mərkəzində 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018” keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirmişdir ki, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən iş adamlarına düzgün istiqamət verməyi özünün əsas vəzifələrindən biri hesab edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sahibkarların hüquqlarını qorumağa, dövlət orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək, yaradılmış şəraitdən maksimum istifadə olunmasına köməklik göstərməyə çalışır. Bunun üçün hazırda muxtar respublikamızda hər cür münbit şərait və əlverişli biznes mühiti vardır.

Forum iştirakçıları “Cahan Sənaye Kompleksi” MMC-də olmuş, burada panel radiator və dam örtükləri, plastik boruların istesal prosesini izləyiblər.qonaqlara istehsal prosesi barədə ətraflı məlumatlar verilib.  Qeyd olunub ki,  müəssisələrin istehsal etdikləri keyfiyyətli məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, digər ölkələrə də ixrac olunur.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Tədbirlər

“Magna” markası “Aqua Therm Baku 2018” sərgisində təqdim edilib.

Xəbərlər

“Magna” markası “Aqua Therm Baku 2018” sərgisində təqdim edilib.

“Cahan Sənaye Kompleksi”nin tərkibində olan “Magna” markası 4 əsas istiqamətdə fəaliyyət göstərir. Bu istiqamətlər PPR, plastik boru və əlavə hissələri, qapı pəncərə sistemləri üçün PVC profillər, saidinq və fasad örtükləri, radiator və dam örtüklərinin istehsalıdır. 

Regionun ən mühüm plastik boru və əlavə hissə istehsalçısı mövqeyinə çatmış “Magna” dünyada bu işin mütəxəssisi olan markalarla əməkdaşlıq çərçivəsində əhəmiyyətli addımlar atır. İlk dəfə “Aqua Therm Baku 2018” sərgisində iştirak edən “Magna” burada istehsal etdiyi məhsulları təqdim edib və ən gözəl stend dizaynı mükafatına laiq görülüb. Naxçıvan Muxtar Respublikasında istehsal olunan və Azərbaycanın 8 fərqli bölgəsində yerləşən 10 ofisi ilə satış və  satış sonrası xidmət verməkdədir.