Cahan_Az

"CAHAN TOBACCO" MMC

2006-cı ildə təsis olunan “Cahan Tabak Beynəlxalq” MMC, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tütün və siqaret istehsalı müəssisəsidir. Şirkət müasir texnologiyalara əsaslanaraq keyfiyyətli tütün və tütün məmulatları istehsal edir.

Müəssisədə Almaniya və Bolqarıstan istehsalı olan qabaqcıl avadanlıqlar quraşdırılıb. İstehsal prosesi beynəlxalq keyfiyyət standartlarına uyğun həyata keçirilir. Şirkət tütün, filtr, siqaret kağızı və digər materialları Braziliya, Türkiyə və Avropa ölkələrindən təmin edir.

“Cahan Tabak Beynəlxalq” MMC “Visore”, “Nova”, “Cahan”, “Fine”, “Want”, “Keno Club” və “Line X” markaları altında məhsullar istehsal edir. Bu siqaretlər King Size, Queen Size və Nano ölçülərdə, 5 adda 20-dən çox çeşiddə təqdim olunur və Rusiya, Türkmənistan, Qırğızıstan, Ukrayna, Əfqanıstan, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Yəmən və Liviyaya ixrac edilir.

Şirkət, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən “Tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvanda tütünçülük sahəsində əsaslı islahatlar həyata keçirib. 26 illik fasilədən sonra bölgədə tütünçülük bərpa olunaraq Klassik Oriental və Virginia növlərinin becərilməsinə başlanılıb.

Hal-hazırda Şərur, Babək və Kəngərli rayonlarında tütün əkini həyata keçirilir. Yerli tütün yüksək keyfiyyəti ilə seçildiyindən yalnız fabrikdə xammal kimi istifadə olunmur, eyni zamanda ABŞ, Polşa və Belçika kimi ölkələrə də ixrac olunur. Bu tütün, həmçinin Azərbaycanın ilk qəlyanı olan “Şah” markasında da istifadə edilir.

Müəssisənin illik istehsal gücü 5 milyard ədəd siqaret təşkil edir. Aylıq 60.000 böyük qutu məhsul istehsal edən zavod, yerli istehsalın gücləndirilməsinə və idxaldan asılılığın azaldılmasına mühüm töhfə verir.

“Cahan Tabak Beynəlxalq” MMC həm yerli, həm də xarici bazarda “Made in Azerbaijan” brendini uğurla təmsil edir. Şirkət yüksək keyfiyyət və istehlakçı məmnuniyyəti prinsipləri əsasında fəaliyyət göstərərək, siqaret sektorunda lider mövqeyini daha da möhkəmləndirməyi qarşısına məqsəd qoyur.