Cahan_Az

CAHAN TOBACCO INTERNATIONAL

“Cahan Tabak Beynəlxalq” MMC 2006-cı ildən etibarən müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli tütün və tütün məmulatlarının istehsalı ilə məşğuldur.

 

“Visore”, “Nova” və “Cahan” kimi ilk markalarla fəaliyyətə başlayan müəssisə bu gün artıq “Fine”, “Want”, “Keno Club” və “Line X” kimi müxtəlif çeşidli məhsullarla həm yerli, həm də xarici bazarda tanınır.

İstehsalat prosesi Almaniya və Bolqarıstan mənşəli qabaqcıl avadanlıqlarla təmin olunmuş fabrikdə həyata keçirilir. Tütün istehsalında istifadə edilən xammal əsasən Braziliya, Türkiyə və Avropa ölkələrindən idxal olunur.

 

Müəssisə məhsullarını Rusiya, Türkmənistan, Qırğızıstan, Ukrayna, Əfqanıstan, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Yəmən və Liviya kimi ölkələrə ixrac edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 avqust 2017-ci il tarixli “Tütünçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində, 26 ildən sonra Naxçıvanda tütünçülük ənənəsi bərpa edilmişdir.

 

“Cahan Tabak Beynəlxalq” MMC bu təşəbbüsə qoşularaq Naxçıvanın Şərur, Babək və Kəngərli rayonlarında Klassik Oriental və Virginia tütün növlərinin əkilməsinə başlamış, qısa zamanda yüksək keyfiyyətli yerli tütün əldə etmişdir. Bu tütünlər yalnız müəssisənin istehsalatında deyil, həm də ABŞ, Polşa və Belçika kimi ölkələrə ixracda istifadə olunmuşdur.

Müəssisənin istehsalat gücü illik 5 milyard ədəd siqaret təşkil edir. Bütün xammal və materiallar – tütün, filtr, kağız, qablaşdırma – beynəlxalq standartlara uyğun istehsalçılardan təmin olunur. Aylıq istehsal gücü 60.000 böyük qutu olan müəssisə King Size, Queen Size və Nano ölçülərdə 5 marka altında 20-dən çox çeşiddə məhsul təqdim edir.

Hazırda “Cahan Tabak Beynəlxalq” MMC tütün və siqaret sahəsində beynəlxalq nüfuz qazanmış “JTI”, “Habanos”, “Al Fakher” və “KT&G” kimi şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəsidir.

 

Davamlı inkişaf, keyfiyyət və rəqabətədavamlılıq prinsipləri əsasında fəaliyyət göstərən müəssisə həm yerli bazarda, həm də beynəlxalq platformalarda öz mövqeyini daha da gücləndirməkdədir.

Naxçıvanda yetişdirilən tütünlər fabrikimizdə istifadə olunmaqla yanaşı keyfiyyətinin üstün olmağı sayəsində ABŞ, Polşa, Belçika kimi sıra ölkələrə ixrac edilmişdir. Hal-hazırda Naxçıvan Muxtar Respublikasının Şərur, Babək və Kəngərli rayonlarında tütün əkinçiliyi həyata keçirilməkdədir.

 

Naxçıvanda yetişdirilən tütün “Cahan Tabak Beynəlxalq” MMC-nin istehsalat bölümündə xammal rolunu oynamaqla yanaşı, həmçinin yüksək keyfiyyətə malik olması nəticəsində Azərbaycanın ilk qəlyanı olan “Şah” markasında da istifadə edilmişdir.

“Cahan Tabak Beynəlxalq” MMC qabaqcıl texnalogiyalardan istifadə edərək keyfiyyətli tütün və tütün məmulatlarının istehsalı ilə məşğuldur.

2006-cı ildən “Visore”, “Nova”, “Cahan” markalı filtirli siqaretlər istehsalı ilə fəaliyyətə başlayan “Cahan Tabak Beynəlxalq” MMC artıq markalarının sayını artıraraq yerli və xarici bazarda yüksək keyfiyyətə sahibdir.

Fabrikin avadanlıqları Almaniya və Bolqarıstan mənşəli avadanlıqlardır.

Fabrikin xammal idxal etdiyi ölkələr

Brazilya, Türkiyə və Avropa ölkələri

Fabrikin məhsul ixrac etdiyi ölkələr

Rusaiya, Türkmənistan, Qırğızıstan, Ukrayna, Əfqanıstan, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Yəmən, Liviya

“Cahan Tabak Beynəlxalq” MMC -nin markaları

“Visore” “Nova” “Cahan” “Fine” “Want” “Keno Club” “Line X”

2006-cı ildə yaradılmış “Cahan Tabak Beynəlxalq” MMC Azərbaycan Respublikasında bir çox sahədə uğurlara imza atmış Cahan Holdinq Kommersiya Şirkətləri İttifaqının bir müəssisəsi olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlamışdır. Tütünçülük və siqaret sektorunda fəaliyyət göstərən “Cahan Tabak Beynəlxalq” MMC öz sözünü deyə bilən bir müəssisə kimi fəaliyyət göstərməyi, “Made in AZERBAIJAN” markasını istər yerli istərsə də dünya bazarında uğurla təmsil etməyi, ölkə inkişafında mühim rol oynayan yerli siqaret istehsalı müəssisəsi olmağı qarşısına məqsəd qoymuş və 2017-ci ildən etibarən əsaslı islahatlar keçirmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 4 avqust 2017 tarixli  “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”-na əsasən 26 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasında bərpa olunan tütüncülük ənənəsi bütün dünyada məşhur olan türk tipi Klassik Oriental və Vircinia tütün növlərinin yetişdirilməsi ilə davam etdirilərək xaricdən gətirilmiş təcrübəli texniki heyət və yeniliyə açıq istehsalçılar sayəsində qısa müddətdə yüksək keyfiyyətli məhsul əldə edilmişdir. Naxçıvanda yetişdirilən tütünlər fabrikimizdə istifadə olunmaqla yanaşı keyfiyyətinin üstün olmağı sayəsində ABŞ, Polşa, Belçika kimi sıra ölkələrə ixrac edilmişdir. Hal-hazırda Naxçıvan Muxtar  Respublikasının Şərur, Babək və Kəngərli rayonlarında tütün əkinçiliyi həyata keçirilməkdədir. Naxçıvanda yetişdirilən tütün “Cahan Tabak Beynəlxalq” MMC-nin istehsalat bölümündə  xammal rolunu oynamaqla yanaşı, həmçinin yüksək keyfiyyətə malik olması nəticəsində Azərbaycanın ilk qəlyanı olan “Şah” markasında da istifadə edilmişdir.

Həmin dövlət proqramına əsasən siqaret istehsalı üçün iri həcmdə qoulmuş vəsaitlər hesabına müasir avadanlıqlar alınmış və müəssisənin illik istehsal gücü 5 mld ədəd səviyyəsinə çatdırılmışdır. Siqaret istehsalında beynəlxalq keyfiyyət standartlarını sirkət prinsipi olaraq müəyyən edən müəssisəmiz  bu məqsədlə istehsal prosesində istifadə olunan tütün, filtir, siqaret kağızı, paket və digər bütün xammal-materialları dünya standartlarına uyğun istehsalla məşğul olan, bu sektorun populyar şirkət və ölkələrindən təmin etməkdədir. Müəssisənin ümumi istehsal gücü aylıq 60.000 böyük qutudur. “Cahan Tabak Beynəlxalq” MMC, Kinq sayz, Kuin sayz və Nano sayz ölçülərdə 5 adda 20-dən çox çeşiddə yüksək keyfiyyətli və müxtəlif xüsusiyyətlərdə istehsal etdiyi məhsullarını uğurla Azərbaycan bazarına çıxarmış və istehlakçılara öz zövqlərinə uyğun seçimə şərait yaratmışdır.

2019-cu ildən başlayaraq beynəlxalq keyfiyyətə malik, rəqabətə davamlı məhsulların  xaricdə satışı istiqamətində yüksək səylə fəaliyyət göstərən şirkətimizin bu sahədəki cəhdləri qısa müddətdə müsbət nəticələr vermiş, Dordmund və Amsterdam şəhərində keçirilən beynəlxalq sərgilərdə yüksək səviyyədə iştirak edilmiş və Made in Azerbaijan markası ilə dünyanın bir sıra ölkələrinə ixrac prosesi reallaşmışdır. Beleliklə, yerli bazarın tələbatının ödənilməsi və xarici bazarlara inteqrasiya istiqamətində də şirkətimiz uğurlu addımlar ataraq öz dəstəyini göstərmişdir.

“Cahan Tabak Beynəlxalq” MMC yüksək keyfiyyətli məhsulları ilə beynəlxalq sərgilərin mükafatçısıdır.

Cahan Tabacco International “JTI”, “Habanos”, “Al Faker” və “KT&G” şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir.