“Cahan Holdinq” şirkətlər qrupuna daxil olan “Cahan Pen” MMC plastik (PVC) profillərin və boruların istehsalı ilə məşğuldur. Burada dünya standartlarına cavab verən keyfiyyətli profillər və borular istehsal olunaraq Rusiya, Qazaxıstan və digər MDB ölkələrinə ixrac edilir.
Daxili bazarda satılan yerli profillərin və boruların payında “Cahan Pen” MMC məhsullarının xüsusi çəkisi 50 faizə yaxındır
Bina fasadları üçün saydinq istehsalı sahəsində isə müxtəlif ölçülü və müxtəlif funksiyalar üçün nəzərdə tutulmuş 9 çeşiddən ibarət saydinq istehsal edilir.
Müəssisənin bu fəaliyyət sahəsi muxtar respublikamızda yaradılmış yeni istehsal sahələrindən biri olmaqla bərabər, həm də ölkəmizdə yaradılmış birinci istehsal sahəsidir.
Şirkətin Naxçıvan şəhərində istehsal və satış, Bakı şəhərində isə satış obyektləri fəaliyyət göstərir.
Şirkətimiz bir sıra əxarici firmalarla sıx əməkdaşlıq edir. Türkiyənin dünya şöhrətli “Petkim”, “Akdeniz kimya”, Almaniyanın “Kronos” şirkətləri bizim daimi tərəfdaşlarımızdır.
Almaniyanın “Duramax”, “Henkel”, Türkiyənin “Sarem makina”, “Mikrosan” və “Özge makina” şirkətlərinin istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmış müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı üçün hər cür şərait yaradılmış, istehsal prosesi avtomatlaşdırılmışdır.
Qeyd edək ki, bizim məhsullar Moskva və İstanbulun Texniki Universitetlərinin laboratoriyalarında testdən keçərək yüksək standartlara uyğunluğu müəyyənləşdirən keyfiyyət nişanına layiq görülüb.
Şirkətin Naxçıvan şəhərində istehsal və satış, Bakı şəhərində isə satış obyektləri fəaliyyət göstərir. Şirkətimiz bir sıra əxarici firmalarla sıx əməkdaşlıq edir. Türkiyənin dünya şöhrətli “Petkim”, “Akdeniz kimya”, Almaniyanın “Kronos” şirkətləri bizim daimi tərəfdaşlarımızdır.
“Cahan Pen” satış bölməsi “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına məxsusdur. Əsas fəaliyyət sferası “Cahan Pen” plastik fabrikində istehsal olunan məhsulların satışı ilə məşğul olmaqdır.
Satış bölməsi “Cahan Pen” plastik fabrikində istehsal olunan məhsulların 66 növ məhsul (ağ və rəngli plastik qapı pəncərə profillərinin, bina fasadları üçün saydinqlərin, falqalı, falqasız və kompozit boruların, tullantı su borularının, karniz və lambirlərin, yumşaq və sərt şlanqların), mövcud olan anbarda 51 növdə plastik qapı və pəncərə profillərinin aksesuarlarının satışı ilə məşğul olur.
“CAHAN Pen” MMC 1995-ci ildən fəaliyyət göstərir və müasir texnologiyalara əsaslanan plastik profil, boru və aksesuarların istehsalını həyata keçirir.
Şirkət, ixracın genişlənməsinə yeni imkanlar yaradaraq idxaldan asılılığı azaldır və daxili bazarın qorunmasına, tələbatın yerli istehsal hesabına daha dolğun ödənilməsinə çalışır. Hal-hazırda daxili bazarı yüksək keyfiyyətli məhsullarla təmin etmək və ixrac potensialını artırmaq hədəflənir.
Şirkət müxtəlif brendlərlə fəaliyyət göstərir, bunlar arasında Magna, Powerplast, Terraplast, Werstond, Winplast və Wachen yer alır. İstehsalat sahələrində isə 7 növdə və 200 çeşiddə məhsul istehsal olunur. Bu məhsullar arasında PVC əsaslı qapı və pəncərə profilləri, daxili və xarici bəzək profilləri, PPRC və kompozit boru və boru aksesuarları, polietilen əsaslı P100 borular və digər plastik məhsullar mövcuddur.
“CAHAN Pen” MMC-nin qərargahı Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşir və şirkət 150 nəfərdən ibarət əməkdaş heyəti ilə fəaliyyət göstərir. Şirkət, Cahan Holdinqin tərkibinə daxildir.
“Cahan Holdinq” şirkətlər qrupuna daxil olan “Cahan Pen” MMC plastik (PVC) profillərin və boruların istehsalı ilə məşğuldur. Burada dünya standartlarına cavab verən keyfiyyətli profillər və borular istehsal olunaraq Rusiya, Qazaxıstan və digər MDB ölkələrinə ixrac edilir. Daxili bazarda satılan yerli profillərin və boruların payında “Cahan Pen” MMC məhsullarının xüsusi çəkisi 50 faizə yaxındır.
Bina fasadları üçün saydinq istehsalı sahəsində isə müxtəlif ölçülü və müxtəlif funksiyalar üçün nəzərdə tutulmuş 9 çeşiddən ibarət saydinq istehsal edilir. Müəssisənin bu fəaliyyət sahəsi muxtar respublikamızda yaradılmış yeni istehsal sahələrindən biri olmaqla bərabər, həm də ölkəmizdə yaradılmış birinci istehsal sahəsidir.
Almaniyanın “Duramax”, “Henkel”, Türkiyənin “Sarem makina”, “Mikrosan” və “Özge makina” şirkətlərinin istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmış müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı üçün hər cür şərait yaradılmış, istehsal prosesi avtomatlaşdırılmışdır.
Qeyd edək ki, bizim məhsullar Moskva və İstanbulun Texniki Universitetlərinin laboratoriyalarında testdən keçərək yüksək standartlara uyğunluğu müəyyənləşdirən keyfiyyət nişanına layiq görülüb.
Şirkətin Naxçıvan şəhərində istehsal və satış, Bakı şəhərində isə satış obyektləri fəaliyyət göstərir. Şirkətimiz bir sıra əxarici firmalarla sıx əməkdaşlıq edir. Türkiyənin dünya şöhrətli “Petkim”, “Akdeniz kimya”, Almaniyanın “Kronos” şirkətləri bizim daimi tərəfdaşlarımızdır.
“Cahan Pen” satış bölməsi “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına məxsusdur. Əsas fəaliyyət sferası “Cahan Pen” plastik fabrikində istehsal olunan məhsulların satışı ilə məşğul olmaqdır.
Satış bölməsi “Cahan Pen” plastik fabrikində istehsal olunan məhsulların 66 növ məhsul (ağ və rəngli plastik qapı pəncərə profillərinin, bina fasadları üçün saydinqlərin, falqalı, falqasız və kompozit boruların, tullantı su borularının, karniz və lambirlərin, yumşaq və sərt şlanqların), mövcud olan anbarda 51 növdə plastik qapı və pəncərə profillərinin aksesuarlarının satışı ilə məşğul olur.
“CAHAN Pen” MMC 1995-ci ildən fəaliyyət göstərir və müasir texnologiyalara əsaslanan plastik profil, boru və aksesuarların istehsalını həyata keçirir. Şirkət, ixracın genişlənməsinə yeni imkanlar yaradaraq idxaldan asılılığı azaldır və daxili bazarın qorunmasına, tələbatın yerli istehsal hesabına daha dolğun ödənilməsinə çalışır. Hal-hazırda daxili bazarı yüksək keyfiyyətli məhsullarla təmin etmək və ixrac potensialını artırmaq hədəflənir.