“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına daxil olan “Cahan Motors” MMC şirkəti artıq 15 ildir ki, Azərbaycanın avtomobil bazarında fəaliyyət göstərir.
“Cahan Motors” MMC dünyanın ən çox tanınmış brendlərindən biri olan “Opel” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Bu avtomobillər yüksək keyfiyyət, etibarlılıq, rahatlıq və müasir dizaynı özündə əks etdirir.
Azərbaycana gətirdiyimiz hər bir avtomobil funksiyasına, möhkəmləndirilmiş asqı və yüksək klirens xüsusiyyətlərinə malikdir. “Cahan Motors” MMC şirkəti sizə göstərilən məşhur alman avtomobil markasının satışı və servisi ilə bağlı bütün xidmətləri təklif edir.
Şirkətin Ziya Bünyadov küçəsi 48/54 ünvanında 1500 m2-lik sərgi zalı və 2008-ci ildə açılmış, Babək prospekti 21/99 ünvanında yerləşən böyük və geniş, yeni “Opel” Mərkəzi korporativ standartların tələblərinə uyğun təşkil olunub.
Onların hər biri müasir texnologiya ilə təchiz olunmuş servis mərkəzinə malikdir ki, bu da müştərilərə fərdi yanaşmanı və yüksək səviyyədə xidmət göstərilməsini təmin edir.
Şirkətin mütəxəssislərinin zəngin təcrübəsi və peşəkarlığı sayəsində şirkət adı çəkilən avtomobil markasının satışı üzrə ölkəmizdə qabaqcıl yerdədir.
“Cahan Motors” MMC respublikanın digər regionlarında, Naxçıvanda olduğu kimi, yeni sərgi zalı və servis mərkəzlərinin açılmasını və müştərilərə təklif olunan avtomobil brendlərinin sayını artırmağı planlaşdırır.
Şirkətin Ziya Bünyadov küçəsində və Naxcıvanda yerləşən sərgi zallarında dünya şöhrətli brendlərin avtomobillərinin satışı təşkil olunur.
“Cahan Motors” MMC Sizə hər zaman rahat və dəbdəbəli avtomobillər nümayiş etdirməyə, bəyəndiyiniz avtomobilin rahatlığını yoxlamaq üçün test sürüşü imkanı yaratmağa, avtomobilinizə zəmanət müddəti və ondan sonrakı dövrdə ən müasir avadanlıqla təchiz olunmuş servis mərkəzində xidmət təklif etməyə hazırdır.