Cahan_Az

“CAHAN MOTORS” MMC

“Cahan Motors” MMC, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına daxil olan və artıq 15 ildir ki, Azərbaycanın avtomobil bazarında uğurla fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir.

 

Şirkət dünyanın tanınmış avtomobil brendi olan “Opel”-in Azərbaycandakı rəsmi nümayəndəsidir. Alman texnologiyasını özündə birləşdirən bu avtomobillər yüksək keyfiyyət, etibarlılıq, rahatlıq və modern dizaynla seçilir.

“Cahan Motors” tərəfindən Azərbaycana gətirilən Opel modelləri möhkəmləndirilmiş asqı sistemi və artırılmış klirens ilə yerli yol və iqlim şəraitinə tam uyğundur.

 

Şirkət bu avtomobillərin satışı ilə yanaşı, peşəkar texniki servis və satış sonrası dəstək xidmətləri də təqdim edir.

Bakıda iki əsas məkanda fəaliyyət göstərən “Cahan Motors”un Ziya Bünyadov küçəsində yerləşən 1500 m²-lik sərgi salonu və Babək prospektində yerləşən “Opel” Mərkəzi müasir korporativ standartlara cavab verir.

 

Bu məkanlar tam texnoloji avadanlıqlarla təchiz olunmuşdur və müştərilərə fərdi yanaşma prinsipi ilə xidmət göstərilir.

Şirkət yalnız satışla kifayətlənməyib, müştərilərə test sürüşü, zəmanətli servis xidməti, orijinal aksesuarlar və suvenirlərlə dolu tam paket təklif edir. Yüksək ixtisaslı satış komandası hər bir avtomobilin texniki göstəriciləri haqqında geniş məlumat verərək, seçim prosesində müştərilərə dəstək olur.

2019-cu ildən etibarən Çinin “FAW” avtomobil istehsalçısı da “Cahan Holdinq”in rəsmi tərəfdaşı kimi Azərbaycana gətirilmişdir.

 

“FAW” markalı avtomobillərin satışı və servisi “Cahan Motors”un avtosalonlarında təşkil olunub. Bundan əlavə, Naxçıvan Avtomobil Zavodunda bu brendin bəzi modellərinin yığımına başlanılıb.

Zavodda ilkin mərhələdə “FAW T-33” krossover və “FAW T-80” yük avtomobillərinin yığımı həyata keçirilir.

 

Gələcəkdə bu modellərin sayının artırılması və əlavə “FAW” modellərinin yığımı nəzərdə tutulur. Təklif olunan avtomobillər beynəlxalq zəmanət və uyğun kredit şərtləri ilə təqdim olunur.

2014-cü ildən etibarən şirkət Mercedes avtobusları, yük maşınları və Caterpillar texnikaları daxil olmaqla ağır nəqliyyat vasitələrinin servis və texniki xidmətinə də başlamışdır.

 

Bu sahədə peşəkar mütəxəssislər tərəfindən göstərilən xidmətlər şirkətin fəaliyyət spektrini genişləndirir.

“Cahan Holdinq” 2019-cu ilin aprel ayından Çinin “Lifan Industrial Group” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi statusunu da qazanmışdır.

 

“Lifan” markalı sedan, SUV, minivan, yük avtomobilləri və motosikletlər Naxçıvan Avtomobil Zavodunda istehsal olunur və daxili bazarla yanaşı ixrac üçün də nəzərdə tutulur.

Müasir texnologiyalarla təchiz olunmuş Naxçıvan Avtomobil Zavodu bu gün avtomobil sənayesinin təhlükəsizlik, ekoloji və dizayn normalarına uyğun avtomobillər istehsal etməklə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Zavodun fəaliyyəti həm maşınqayırma sənayesinin güclənməsinə, həm də ölkənin iqtisadi inkişafına mühüm töhfə verir.