Cahan_Az

“Cahan-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-ci ildə Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqının tərkibində Naxçıvan şəhərində tikinti sektorunun inkişafını nəzərə alaraq təsis edilmişdir.

 

Əsas fəaliyyət növü Ümumi Tikinti İşlərini həyata keçirməkdir. Respublikada gənclərin mənzilə olan tələbatının ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir ki, bu layihələrdə “Cahan İnşaat” fəal iştirak edir. 

Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş, 2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksi “Gənclər şəhərciyi”ndə ikisi 9 mərtəbəli, ikisi 11 mərtəbəli və biri 13 mərtəbəli olmaqla, 6 bina inşa olunmalı, binalardakı ikiotaqlı mənzillərin sahəsi 60-77 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə 104-142 kvadratmetr nəzərdə tutulmuşdur.

Artıq tikintisi uğurla başa çatdırılmış “Gənclər şəhərciyi”ndə ümumilikdə, 506 mənzil, alış-veriş mərkəzləri, idman qurğuları və digər xidmət sahələri istifadəyə verilmişdir. İnşa edilən yaşayış kompleksləri kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulmuşdur.

 

Burada mənzillərin satışı ipoteka yolu ilə həyata keçirilir. Həyətyanı sahədə müasir işıqlandırma və təhlükəsizliyi təmin etmək üçün video-kamera sistemlərinin quraşdırılması, uşaq bağçasının, basketbol və voleybol, eləcə də açıq şahmat meydançalarının inşası müasir dizayn üslubunda hazırlanıb. Yaşayış binalarının hər birində sərnişin və yük lifti quraşdırılması, 323 yerlik yeraltı avtomobil dayanacağı yaradılması nəzərdə tutulmuşdur. 

Müəssənin tərkibində 2007-ci ildən fəaliyyətə başlayan Maşın Mexanizm İdarəsi, Sukanalizasiya İdarəsi, Qapı-Pəncərə İstehsal Sexi, 2012-ci ildən fəaliyyətə başlayan Beton Məmulatlarının Zavodu, Tikinti və Tamamlama İdarəsi, 2013-cü ildə Mənzil Tikinti İdarəsi fəaliyyətə başlamış tikinti sektorunda yeni layihə olan Naxçıvan şəhərindəki “Gənclər Şəhərciyi” yaşayış kompleksinin tikintisini həyata keçirmiş və 2018-ci ildə yaşayış kompleksini təhvil vermişdir.

 

Sukanalizasiya İdarəsi 2016-cı ildə Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təhcizatı və Kanalizasiya İnvestisiya Proqramı Layihə-2” layihəsi çərçivəsində Babək rayonunun Şıxmahmud kənd və Xəlilli kəndinin su paylayıcı və kanalizasiya şəbəkəsinin tikintisini həyata keçirmişdir.

2017-ci ildə “Şahbuz rayon Mərkəzi və Ətraf Kəndlərinin İçməli Su Təchizatı və Kanalizasiya Sistemlərinin Yenidən Qurulması Layihə”-si çərçivəsində kaptajın, su təmizləyici qurğusunun, su və kanalizasiya şəbəkəsinin tikintisinin və ev birləşmələrinin başa çatdıraraq istismara verilmişdir.

 

Bu işlərdə Almaniyanın dünyaca məhşur Bioworks Verfahrenstechnik Gmbh şirkətinin avadanlıqlarından istifadə olunmuşdur. 2018-ci ildə “Babək rayon Şəkərabad kəndinin İçməli Supaylayıcı və Kanalizasiya Şəbəkəsinin Tikintisi Layihə”-si çərçivəsində su və kanalizasiya şəbəkəsinin tikintisini və ev birləşmələrini başa çatdırmışdır.

2019 – 2020-ci illərdə Kəngərli rayonunun bir neçə kəndində Su Şəbəkəsinin qurulmasını həyata keçirmişdir.
2021-ci ildən Culfa rayonunun Yaycı kəndində Su Artezian şəbəkəsinin qurulmasını davam etdirir.


“Cahan-İnşaat” MMC-nin Naxçıvan şəhərində tikinti sektorunun inkişafında gördüyü işlərdən biridə 2013-cü ildə Naxçıvan çayı ərazisində insanların asudə vaxtlarının səmərəli keçməsi üçün “Əyləncə adası”-nın tikintisini həyata kemçirmişdir.

2018-ci ildə Bakı şəhərində “Ağ şəhər” layihəsi çərçivəsində bir neçə yaşayış binasının tikintisini apararaq təhvil vermişdir. Naxçıvan şəhərinin günü gündən gözəlləşməsində öz fəaliyyətini davam etdirir.


“Cahan İnşaat” MMC-nin 2020-ci il də ilk layihəsini uğurla başa çatdıran “Ümid” Yaşayış Kompleksində artıq inşası 9 mərtəbəli 7 binanın inşa olunması həyata keçirilməkdədir. Artıq gənclərin güzəştli şərtlərlə bu mənzillərlə təmin edilməsinə isə “Naxçıvan İpoteka Fondu” ASC mühüm şərait yaradır. Bütün kreditlər fond tərəfindən tam maliyyələşdirilib. Bu ilin ötən dövrü ərzində daha 32 ailə bu qayğıdan yararlanaraq mənzil sahibi olub.