Cahan_Az

Cahan Əmlak 2013-cü ildə yaradılmışdır. Şirkət əsasən yaşayış və qeyri-yaşayış sahələrinin satışını, eləcə də yaşayış sahələrində kommunal xidmətlərin göstərilməsini həyata keçirir. Yarandığı gündən etibarən şirkət müasir və keyfiyyətli layihələrin reallaşdırılması ilə regionda əhəmiyyətli mövqe qazanmışdır.

Fəaliyyət dövründə 3 böyük layihənin satışını uğurla həyata keçirmişdir. Birinci layihə — Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən «Cahan Gənclər Şəhərciyi» yaşayış kompleksi 2016-cı ildə təhvil verilmişdir. İkinci layihə — «Ümid74-1» yaşayış kompleksi 2019-cu ildə satışa çıxarılmış və 2021-ci ildə uğurla başa çatmışdır. Üçüncü layihə olan «Ümid74-2» yaşayış kompleksi üzrə işlərə 2021-ci ildə başlanılmış və 2025-ci ildə tamamlanmışdır.

Layihələr çərçivəsində genişmiqyaslı satışlar həyata keçirilmişdir. «Cahan Gənclər Şəhərciyi» layihəsi üzrə 456 mənzil və 53 mağaza, «Ümid74-1» layihəsi üzrə 132 mənzil və 1 mağaza, «Ümid74-2» layihəsi üzrə isə 192 mənzil və 46 mağaza satılmışdır. Bu layihələr əhalinin rahat və təhlükəsiz yaşayışı üçün müasir infrastrukturla təmin olunmuşdur.

 
 

Cahan Əmlak, təhvil verilmiş yaşayış və qeyri-yaşayış sahələrində vətəndaşların rifahının təmin edilməsinə yönəlmiş fəaliyyətini məsuliyyətlə davam etdirir. Şirkət eyni zamanda kommunal xidmətlərin göstərilməsi işlərini də öz üzərinə götürmüşdür. Tərəfdaşları arasında «Cahan Holding» KŞİ, «Cahan-İnşaat» MMC və «Ümid-74» MTK kimi nüfuzlu qurumlar yer alır.