“Cahan AVM” (Cahan Alış-Veriş Mərkəzi) MMC idarəetmə, satışın təşkili, mal təminatı, muhasibat sistemi – bu sahədə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilərək yaradılmışdır.
“Cahan AVM” MMC-nin tərkibində fəaliyyət göstərən ümumi örtülü sahəsi 7200 m2 olan iki satış mağazası, 7800 m2 açıq ərazidə tikinti materiallarının topdan və pərakəndə satış sahəsi mövcuddur.“Cahan AVM”-də 12300 növdə inşaat materialları, elektrik malları, mebel və aksesuarlarının və digər malların satışı həyata keçirilir.
Müəssisənin Bakı şəhərində, Türkiyə Respublikası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nümayəndəlikləri mövcuddur. Burada fəaliyyət göstərən ofislər “Cahan AVM”-in satınalma bölməsinin sifarişləri əsasında mal tədarükü ilə məşğul olurlar. Ofislərin yaradılmasındakı məqsəd AVM-in davamlı fəaliyyəti və ən son istehsal malları ilə təmin etməkdir.
Hal-hazırda “Cahan AVM”-də 23 satış bölməsi fəaliyyət göstərir. Bu bölmələrə qida, geyim, elektronika, mebel və mebel aksesuarları, uşaq aləmi, hamam aksesuarları, inşaat materialları və s. aiddir.
Bütün bu bölmələrdəki mallar hər bir sahə üçün xüsusi olan vitrinlərdə sərgilənir və təcrübəli satıcılar tərəfindən müştərilərə təklif olunur. Satılmış malların müştərilərin evlərinə çatdırılması və quraşdırma tələb edən malların quraşdırılması şirkət tərəfindən həyata keçirilir.
“Cahan AVM” Muxtar Respublikada fəaliyyət göstərən digər mağazaların da mal təminatı ilə məşğul olur. Mağazaları daha ucuz və keyfiyyətli mal ilə təmin etmək, bununla da əhalinin çeşid bolluğundan istifadə etməsini təmin etmək qarşıya əsas məqsəd olaraq qoyulmuşdur.
“Cahan AVM” (Cahan Alış-Veriş Mərkəzi) MMC idarəetmə, satışın təşkili, mal təminatı, muhasibat sistemi – bu sahədə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilərək yaradılmışdır.
“Cahan AVM” MMC-nin tərkibində fəaliyyət göstərən ümumi örtülü sahəsi 7200 m2 olan iki satış mağazası, 7800 m2 açıq ərazidə tikinti materiallarının topdan və pərakəndə satış sahəsi mövcuddur.“Cahan AVM”-də 12300 növdə inşaat materialları, elektrik malları, mebel və aksesuarlarının və digər malların satışı həyata keçirilir.
Müəssisənin Bakı şəhərində, Türkiyə Respublikası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nümayəndəlikləri mövcuddur. Burada fəaliyyət göstərən ofislər “Cahan AVM”-in satınalma bölməsinin sifarişləri əsasında mal tədarükü ilə məşğul olurlar. Ofislərin yaradılmasındakı məqsəd AVM-in davamlı fəaliyyəti və ən son istehsal malları ilə təmin etməkdir. Həmçinin AVM-in satış, satınalma, muhasibat və s. bölmələrinin işçiləri də davamlı bu nümayəndəliklərdə olur, onların vasitəsilə bu sahədə dünya təcrübəsini öyrənirlər.
Hal-hazırda “Cahan AVM”-də 23 satış bölməsi fəaliyyət göstərir. Bu bölmələrə qida, geyim, elektronika, mebel və mebel aksesuarları, uşaq aləmi, hamam aksesuarları, inşaat materialları və s. aiddir. Bütün bu bölmələrdəki mallar hər bir sahə üçün xüsusi olan vitrinlərdə sərgilənir və təcrübəli satıcılar tərəfindən müştərilərə təklif olunur. Satılmış malların müştərilərin evlərinə çatdırılması və quraşdırma tələb edən malların quraşdırılması şirkət tərəfindən həyata keçirilir.
“Cahan AVM” Muxtar Respublikada fəaliyyət göstərən digər mağazaların da mal təminatı ilə məşğul olur. Mağazaları daha ucuz və keyfiyyətli mal ilə təmin etmək, bununla da əhalinin çeşid bolluğundan istifadə etməsini təmin etmək qarşıya əsas məqsəd olaraq qoyulmuşdur.
Cahan AVM MMC idarəetmə, satışın təşkili, mal təminatı və mühasibatlıq sistemləri sahəsində dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübələrini öyrənərək yaradılmışdır. Cahan AVM MMC, müasir idarəetmə metodlarını tətbiq etməklə, yüksək keyfiyyətli xidmət və müştəri məmnuniyyətinə önəm verir.
Cahan AVM 36.000 m²-lik açıq və qapalı sahəsi ilə gündə 10.000-dən çox ziyarətçini qəbul edir. Şirkətin yaranma tarixi 15 Oktyabr 2011-ci ilə dayanır. Cahan AVM-nin qurucusu Vüqar Abbasovdur.
Cahan AVM-də 16 müxtəlif satış bölməsi fəaliyyət göstərir. Bu bölmələrə qida, geyim, elektronika, mebel və mebel aksesuarları, uşaq aləmi, hamam aksesuarları, inşaat materialları, Əyləncə Adası (istirahət parkı), restoran və s. daxildir. Hər bir bölmə özünəməxsus vitrinlərdə sərgilənir və təcrübəli satıcılar tərəfindən müştərilərə təqdim edilir. Satılmış malların müştərilərə çatdırılması və quraşdırılması xidmətləri Cahan AVM tərəfindən təmin edilir. Müştəri məmnuniyyəti və məhsulların yüksək keyfiyyəti daim diqqət mərkəzində saxlanılır.
Cahan AVM Naxçıvanın ilk və yeganə alış-veriş mərkəzi olaraq fəaliyyət göstərir. Mərkəzdə bir çox tanınmış brendlər fəaliyyət göstərir, o cümlədən 1001 Home, Banu Market, Elegant Mebel, Texnolux Elektronika, Əyləncə Adası istirahət parkı, ADL, Özdilek, Kemal Tanca, US Polo ASSN, Giovane Gentile, Oyuncak Mağazası, Mado, Lavazza, Sehrli Ada, Nur Gümüş, Mariam Cosmetics və s.
İstehsalat sahələri arasında qida, geyim, elektronika, mebel və mebel aksesuarları, uşaq aləmi, hamam aksesuarları, inşaat materialları, restoran və cafe də mövcuddur.
Bu mərkəz, CAHAN HOLDİNG-in bir hissəsi olaraq fəaliyyət göstərir və 350 nəfərdən çox işçi çalışır.