Cahan_Az

Categories
allnews-Az Ana səhifə Görüşlər

Bakıda Çinin ən lüks biznes sedanı Hongqi H9-un təqdimatı keçirilib.

Xəbərlər

Bakida Çinin ən lüks biznes sedanı Hongqi H9-un təqdimatı keçirilib.

Bakida Çinin ən lüks biznes sedanı Hongqi H9-un təqdimatı keçirilib.
 İyul 2021-ci il tarixində Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısının Azərbaycanda rəsmi nümayəndəsi “Cahan Motors” şirkəti tərəfindən Bakıda Hongqi H9-un təqdimatı keçirilib.
 

Hongqi H9 sedanı 2.0 Turbo V4 və 3.0 Turbo V6 mühərrik variantları ilə 4 komplektasiyada təklif edilir: 2.0T Luxury Edition, 2.0T Exalted Edition, 3.0T Flagship Edition və 3.0T Flagship4 seat Edition. Hongqi H9-un uzunluğu 5 metrdən (5137 mm), ön və arxa asqılar arasında məsafə isə (təkər bazası) 3 metrdən çoxdur. H9-un 2.0L mühərrik ilə təchiz edilən versiyası 100 kilometrə 7,1 litr, 3.0L mühərriklə təchiz edilən versiyası isə 9 litr yanacaq sərf edir. Hongqi H9-da 10 ağıllı, 13 təhlükəsizlik sistemi mövcuddur.

Categories
allnews-Az Görüşlər

Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçilib

Xəbərlər

Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçilib

Naxçıvan Muxtar Respublikası Futbol Federesiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Ramil Hacı bildirib ki, muxtar respublikada 17 stadion, 28 mini futbol meydançası mövcuddur və hazırda 100 qrup üzrə 1244 yeniyetmə və gənc aktiv şəkildə futbolla məşğuldur. Rayon və kəndlərdə əhalinin, xüsusilə də gənc nəslin futbola olan marağının daha da artırılması məqsədi ilə Şərur rayonunda 4, Culfa rayonunda 2, Sədərək rayonunda 2, Ordubad və Kəngərli rayonlarının hərəsində 1 olmaqla,  ümumilikdə 10 stadion əsaslı təmir olunaraq istifadəyə verilib. 

Qeyd olunub ki, son dövrlərdə məşqçi və hakimlər üçün seminarlar, kurslar, uşaq futbol komandaları arasında beynəlxalq turnir,  Region Liqasının yeni mövsümləri, futzal və çimərlik futbolunda ilk peşəkar liqa və çempionatlar keçirilib, AFFA-nın “Qızlar bacarır” və UEFA “Qrassruts” layihələrinin icrası təmin olunub. Yerli və xarici əməkdaşlıq əlaqələri sayəsində gələcək planların icrası üçün məqsədyönlü addımlar atılıb. Federasiyanın sədr müavini Sakit Rzayev federasiyanın ötənilki fəaliyyəti barədə ətraflı məlumatı diqqətə çatdırıb.

Hesabat-seçki yığıncağında federasiyanın yeni sədri ictimaiyyətə təqdim olunub. Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri, “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov Naxçıvan Futbol Federasiyasının sədri seçilib. Vüqar Abbasov qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb. Göstərilən etimada görə minnətdarlığını bildirən Vüqar Abbasov Futbol Federasiyasının muxtar respublikada futbolun inkişafı istiqamətində sistemli tədbirlər görəcəyini qeyd edib, bu istiqamətdə səylə çalışacaqlarını vurğulayıb.

Categories
allnews-Az Ana səhifə Görüşlər Tədbirlər

Çempion “Araz-Naxçıvan” qızıl medallarına qovuşdu.

Xəbərlər

Çempion “Araz-Naxçıvan” qızıl medallarına qovuşdu.

“Cahan Holding”-in sponsorluq etdiyi “Araz-Naxçıvan” Futbol Klubu Azərbaycan 1-ci Divizion 2022/23-cü illər mövsümünün çempionu olaraq qızıl medallarına qovuşub.

Naxçıvan Şəhər Stadionunda oyun sonrası təşkil edilən mərasimdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, AFFA nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının( NFF) sədri və “Cahan Holding”-in qurucusu Vüqar Abbasov, “Araz-Naxçıvan” FK-nın rəhbər heyəti, həmçinin Naxçıvan Muxtar Respublikasından dövlət nümayəndələri və görkəmli şəxsləri iştirak ediblər. 

Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov “Araz-Naxçıvan” klubunun çempionluğu üçün görülən işlərdən danışaraq bildirib ki, “klub demək olar sıfırdan yaradılıb, stadion təmir olunub, təbii qazonla örtülüb, işıq və səs sistemi quraşdırılıb, uşaq futbolunu inkişaf etdirmək üçün futbol akademiyası yaradılıb. Klubun sponsoru “Cahan Holding” futbolçuların çempion olması üçün tələb olunan hər şeyi edib. Bundan sonra da klubun yüksək liqada uğur qazanması üçün lazımı işlərin görüləcəyinə əminəm.”

Çıxışlardan sonra fəxri qonaqlar “Araz-Naxçıvan” klubunun futbolçularına doğma meydanda, doğma azarkeşləri qarşısında qızıl medallarını və çempion qubokunu təqdim ediblər. 
Təltif etmə mərasimindən sonra tədbir konsert proqramı ilə davam edib. Azarkeşlər Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun,  Azərbaycan Respublikasının Əməkdar artisti Fərid Əliyevin ifasında mahnılar dinləyib, Naxçıvan Muxtar Respublikasının sevilən “Ponpon” bədi gimnastika qrupunun rəqslərinə tamaşa edib xoş vaxt keçiriblər. 

Categories
allnews-Az Ana səhifə Sərgilər

17-19 May tarixlərində “Cahan Tobacco International” “InterFood” adlı Beynəlxalq Qida sərgisində iştirak edib

Xəbərlər

17-19 May tarixlərində "Cahan Tobacco International" “InterFood” adlı Beynəlxalq Qida sərgisində iştirak edib

“Cahan Tobacco International” qida, tütün və digər qida məhsulları üzrə aparıcı istehsalçıların ən mühüm görüş yerlərindən biri olan “InterFood” sərgisində iştirak etdi. Şirkət özünə məxsus olan Tütün Yetişdirmə Mərkəzində yetişdirdiyi dünyada məşhur olan türk tipi Oriyental və Amerikanın Vircinia tütün növlərinin yetişdirilməsinin hər bir mərhələsinə dair real nümunələr sərgidə nümayiş etdirmişdir. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 10 avqust 2017-ci il tarixdə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”-nı təsdiq edəndən sonra, “Cahan Tobacco International” şirkəti tütün yetişdirmə və hazır məhsul istehsalı üzrə fəaliyyətini ildən-ilə daha da gücləndirir və tütün əkini sahələrini hər il genişləndirərək məhsuldarlığı artırmaqda davam edir.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova Cahan Tobacco International – CTI stendini ziyarət etmiş və şirkətin gördüyü işlərin Respublikanın kənd təsərrüfatının inkişafına verdiyi töhfələrə dair öz müsbət rəylərini bildirmişdir.
Ən çox ziyarət olunan stend adını qazanan “Cahan Tabak” şirkəti ölkəmizin iqtisadiyyatının inkişafı naminə fəal fəaliyyətini uğurla davam etdirəcək və “Made in Azerbaijan” brendi altında dünya bazarında ölkəmizi laiqincə təmsil etməkdə davam edəcək.

Categories
allnews-Az Ana səhifə Görüşlər

Səfir Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasını ­ ziyarət edib.

Xəbərlər

Səfir Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasını ­ ziyarət edib.

Serjan Abdıkarimov səfəri çərçivəsində dam örtükləri istehsalı müəssisəsi və plastik məmulatları istehsalı müəssisəsi ilə tanış olmuşdur.

10 dekabr 2019-cu il tarixdə Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ­əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev ­Muzeyini ziyarət edib.

 

Səfəri çərçivəsində Hörmətli səfir Cahan Holdinq Kommersiya Şirkətlər İttifaqının “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri, dam örtükləri istehsalı müəssisəsi və Plastik Məmulatları istehsalı müəssisəsi ilə tanış olmuşdur.

Tanışlıq zamanı diplomata məlumat verilib ki, İstilik panelləri və dam örtükləri müəssisədə 5620 kvadratmetr sahədə müasir avadanlıqlar quraşdırılmaqla dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb. 

 

Plastik Məmulatları müəssisəsi isə 14000 kv metr sahədə Türkiyə, İtaliya və Tayvan istehsalı olan avadanlıqlar quraşdırılmaqla tam avtomatlaşdırılmışdır. Müəssisədə 7 növdə 160 çeşitdə məhsul istehsal olunur.

Categories
allnews-Az Ana səhifə Tədbirlər

İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib.

Xəbərlər

İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib.

İyulun 17-18-də Bakı şəhərində İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib.

Vüqar Abbasov İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində keçirilən tədbirdə iştirak edib.  İyulun 17-18-də Bakı şəhərində İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Palataya üzv 20 dövlətdən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur. “Cahan Holdinq”-in təsisçisi,  Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da keçirilən tədbirlərdə iştirak edib. 

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Tədbirlər

“Cahan Holding”ə məxsus Qafqazda ən böyük enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub

Xəbərlər

"Cahan Holding”ə məxsus Qafqazda ən böyük enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub

11 iyul, 2023-cü il tarixində  “Cahan Holding”ə daxil olan ENNA şirkətinin Naxçıvanda yerləşən enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub. Müasir avadanlıqlarla təchiz olunmuş zavod istehsal həcminə görə Qafqazın ən iri enerji və sərinləşdirici içki zavodudur. Açılış tədbirində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, “Cahan Holding”in qurucusu Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, holdinqin və ENNA şirkətinin rəhbər heyətləri  iştirak ediblər. 

Açılışda qonaqları salamlayan Vüqar Abbasov müəssisə və zavod barədə qonaqlara ətraflı məlumat verib.  O bildirib ki, layihə ölkəyə idxal edilən məhsulların yerli istehsalla əvəz edilməsi, Naxçıvanda yeni iş yerlərinin açılması, regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması baxımından mühüm hadisədir.
“Müəssisə bizə xarici ölkələrə də satış etmək imkanı verir. İnanıram ki, zavodun müştəri məmnuniyyətinə səbəb olan məhsullar qonşu dövlətlərə, Orta Asiya və Ərəb ölkələrinə də ixrac olunacaq.” V. Abbasov bildirib. 

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli öz çıxışında bildirib ki, dövlət başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində bundan sonra da Naxçıvanda yeni müəssisələr yaradılacaq. Müəssisələrin kadr potensialı məsələsinə toxunan səlahiyyətli nümayəndə, muxtar respublikada fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin potensialından istifadə edərək müasir peşə bacarıqlarına malik savadlı kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb. Çıxışların ardınca qonaqlar  zavod ərazisini ziyarət edərək müəssisəsinin Keyfiyyət və Prosesə Nəzarət şöbəsinin sınaq laboratoriyası ilə tanışlıq olub. Daha sonra istehsal müəssisəsi işə salınıb və ziyarətçilər istehsal prosesi ilə yaxından tanış olublar. Ziyarət zamanı zavod işçiləri qonaqları təhlükəsizlik və avadanlıqların işləmə prinsipi barədə suallarını cavablandırıblar. 

 

ENNA MMC şirkəti 2022-ci ildə “Cahan Holding” tərəfindən ölkədə enerji və sərinləşdirici içkilərin istehlakı istiqamətində daxili tələbatı ödəmək məqsədilə  yaradılıb. Müəssisənin əsas hədəfi fəaliyyəti dövründə hər il istehsal həcmini intensiv olaraq artırıb, Naxçıvan Muxtar Respublikasının sərhədləri xaricinə çıxarmaq, digər regionlara qazlı içkilərin satışı həyata keçirməkdir. Zavodun üç növbəli iş rejimi ilə ildə 230 milyon dəmir içki bankası  istehsal etmək gücü var. Müəssisənin fəaliyyəti üçün ümumilikdə 300 nəfər yeni işçi cəlb olunub. Bunun üçün yerli potensialdan istifadə edilib.

Zavodda GMP təhlükəsizlik standartının tətbiqi və quraşdırılmış innovativ texnologiyalar sayəsində məhsullar insan əli dəymədən istehsal edilir. İstehsal edilmiş məhsullar  müasir  laboratoriyada test edilib keyfiyyəti təsdiq edildikdən sonra satışa çıxarılır.  

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Sərgilər Tədbirlər

Naxçıvanda “Cahan Holding”-in inşa etdiyi müasir “Ümid Yaşayış Kompleksi”-nin açılışı olub.

Xəbərlər

Naxçıvanda “Cahan Holding”-in inşa etdiyi müasir “Ümid Yaşayış Kompleksi”-nin açılışı olub.

Naxçıvanda “Cahan Holding”-in inşa etdiyi müasir “Ümid Yaşayış Kompleksi”-nin açılışı olub. Açılışda kompleksin yeni sakinlərinə mənzillərinin ordenini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli təqdim edib.    

“Cahan Holdinq”-in təsisçisi Vüqar Abbasov tədbir zamanı çıxışında deyib ki, muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən siyasətin nəticəsi olaraq  “Cahan Holdinq” də bu istiqamətdə öz töhfəsini verə bilib. “Ümid  Yaşayış Kompleksində” müasir yaşayış standartlarına cavab verən binalar tikilmiş, xidmət və istirahət sahələri yaradılmışdır.  Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də öz növbəsində  Azərbaycanda  müşahidə olunan inkişaf və müasirləşmənin Naxçıvanda da davam etdirilməsi, əhalinin  mənzil məişət  şəraitinin yaxşılaşdırılması istiqamətində yeni layihələrin  icra olunacağını bildirib.  

Qeyd edək ki, təməli 2020-ci ilin iyun ayında qoyulan “Ümid Yaşayış Kompleksi”-nin ümumi sahəsi 22 min 325 kvadratmetrdir və  4 ədəd 9 mərtəbəli yaşayış binasından ibarətdir. Binalarının hər birində 4 və 2 otaqlı olmaqla 54 mənzil yerləşir. Ümumilikdə, 4 yaşayış binasında 192 mənzil istifadəyə verilmişdir. Binalar lift ilə təmin olunub.  Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsindədir. Yaşayış kompleksində müasir işıqlandırma, təhlükəsizlik üçün mərkəzi müşahidə sistemi, 2 ədəd 650 kVA gücündə transformator, mərkəzi havalandırma sistemləri quraşdırılıb. Yanğından mühafizə üçün 500 kubmetrlik, tələbatı ödəmək üçün 250 kubmetrlik iki su anbarı tikilmişdir. Mənzillər yüksək sürətli fiber-optik şəbəkə sistemi ilə təchiz edilmişdir. 

İnşa olunan mənzillər ipoteka və sərbəst satışlarla əhalinin xidmətindədir. 72 mənzil ipoteka krediti ilə satılmışdır. Bundan başqa daxili imkanlar hesabına 32 ailəyə bir illik faizsiz daxili kredit , 29 ailəyə isə üç ilik daxili kredit verilərək gənc ailələr ev ilə təmin olunub.

“Ümid” yaşayış kompleksində 8460 kvadratmetr ərazi abadlaşdırılaraq sakinlər üçün istirahət parkı, uşaqlar üçün əyləncə parkı yaradılmışdır. 
Müasir tələblərə cavab verən “Ümid” yaşayış kompleksin əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərmişdir. Burada 26 mağaza istifadəyə verilib.  Kompleksdə 10 yeni iş yeri açılıb, orta aylıq əməkhaqqı 600 manatdır.

Categories
allnews-Az Ana səhifə Bütün xəbərlər Tədbirlər

“PlusOwer” və “BuzzTea” içkilərinin fərqli və möhtəşəm təqdimatı keçirilib.

Ultrices sodales dapibus massa hac quis. Fusce orci enim; ipsum mauris purus sed. Netus mattis litora ut convallis sagittis felis tempor suscipit. Scelerisque ultrices rhoncus vivamus a dapibus iaculis bibendum. Tortor netus ultrices quis varius natoque hac rutrum vestibulum. Libero suscipit mus viverra purus scelerisque magna vulputate. Nibh phasellus nunc adipiscing senectus scelerisque risus.

Xəbərlər

"PlusOwer" və "BuzzTea" içkilərinin fərqli və möhtəşəm təqdimatı keçirilib.

25 iyul, 2023-cü ildə Cinema Plus kinoteatrında “Cahan Holding”-in brendləri olan PlusOwer və BuzzTea içkilərinin möhtəşəm təqdimatı keçirilib. Tədbir brendlərin reklam tərəfdaşı CinemaPlusun Genclik Mall-dakı kinoteatrında təşkil olunub. 

 

Təqdimatdan öncə qonaqlar üçün  furşet və canlı musiqi təşkil edilib. Furşet zamanı şirkətin Marketinq direktoru Müşfiq İskəndərov  holdinqin təsisçisi Vüqar Abbasova reklam yenilikləri barədə məlumat verib. Vüqar Abbasov da öz növbəsində görülən işlər barədə öz fikirlərini bölüşüb.

 

Daha sonra, qonaqlar üçün kinoteatrın VİP zalında ən yeni kino kameralarla çəkilən reklamların nümayişi təşkil olunub.  Tamaşaçılar  BuzzTea-nin 2 və PlusOwer-in 1 yeni reklam videosunu seyr ediblər. Daxili müzakirələr zamanı reklam roliki tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

 

 

“Cahan Holding”-in təsisçisi Vüqar Abbasov reklamların təqdimatından sonra çıxış edərək sərinləşdirici içkilər sahəsində holdinqin gördüyü işlərdən danışıb. “Biz qısa müddətdə böyük işlər görmüşük. Bundan sonra da görüləsi işlər çoxdur. Amma  mənim üçün əsas məsələ keyfiyyətdir. Mən sevinirəm ki, keyfiyyətli məhsul istehsal edirik. Biz özümüz, ailəmiz də istehsal etdiyimiz məhsulları alıb içirik.” deyə o, əlavə edib.

“Cahan Holding”-in təsisçisi Vüqar Abbasov reklamların təqdimatından sonra çıxış edərək sərinləşdirici içkilər sahəsində holdinqin gördüyü işlərdən danışıb. “Biz qısa müddətdə böyük işlər görmüşük. Bundan sonra da görüləsi işlər çoxdur. Amma  mənim üçün əsas məsələ keyfiyyətdir. Mən sevinirəm ki, keyfiyyətli məhsul istehsal edirik. Biz özümüz, ailəmiz də istehsal etdiyimiz məhsulları alıb içirik.” deyə o, əlavə edib. Qeyd edək ki, CinemaPlus ilə reklam əməkdaşlığı çərçivəsində PlusOwer və BuzzTea reklamları  CinemaPlus kinoteatrlarının bütün zallarında filmlərdən qabaq nümayiş olunacaq. Bundan başqa Gənclik Mall-dakı CinemaPlus kinoteatrı tamamilə Buzz Tea markası ilə brendləşdirilib.