Cahan_Az

Naxçıvan Avtomobil Zavodu 2006-cı ildə yaradılmış və 2010-cu il yanvarın 11-də rəsmi olaraq istismara verilmişdir. Zavodun əsas məqsədi Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına töhfə vermək və ölkədə maşınqayırma sənayesinin inkişafına dəstək göstərməkdir. Bu məqsədlə müəssisə müxtəlif yerli və beynəlxalq əməkdaşlıqlara imza atmışdır.

2009-cu ildə Çin-Azərbaycan Biznes Forumu çərçivəsində Çin şirkəti “CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO. LTD.” ilə əməkdaşlıq sazişi imzalanmış və bu saziş avtomobil istehsalında mühüm mərhələ olmuşdur. 2019-cu ilin noyabr ayından etibarən zavod “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqına daxil olaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

FAW ilə əməkdaşlıq və yeni modellərin istehsalı
“Cahan Holdinq”in təşəbbüsü ilə zavod Çin şirkəti olan “FAW Industrial Group” ilə əməkdaşlığa başlamış və bunun nəticəsində FAW markalı T-33, T-77 və T-80 modellərinin istehsalına start verilmişdir. Müasir texnologiyalarla təchiz edilmiş istehsal sahəsində avtomobillər 12 yığım xəttində tamamlama mərhələsindən keçərək yüksək keyfiyyətlə hazırlanır.

Zavodun illik istehsal gücü 5000 avtomobil təşkil edir. İndiyədək 21 müxtəlif model üzrə ümumilikdə 6000-dən çox avtomobil istehsal olunmuşdur. İstehsal prosesində yüksək peşəkarlığa malik mühəndis və texniki personalın rolu böyükdür. Hal-hazırda müəssisədə 13 nəfərlik peşəkar işçi heyəti fəaliyyət göstərir.

Zavodda müxtəlif kateqoriyalara aid avtomobillər istehsal olunur. Minik avtomobilləri: LIFAN LF 320, LF 330, LF 520, 620, 630, 650, 720, 820. SUV modelləri: LIFAN X50, X60, X70; FAW T33, FAW T77, Livan Maple X3 Pro. Minivanlar: LIFAN 6401, 6420 (6+1), L7 (7+1). Yük avtomobilləri: CHANGAN 5028, 1022, 1025; FAW T80. Bu geniş məhsul çeşidi Naxçıvan Avtomobil Zavodunu regionda aparıcı avtomobil istehsalçılarından birinə çevirir.