Cahan_Az

Xəbərlər

10 may - Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.

Mayın 8-də Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci Müddətli Toplantısı ilə əlaqədar Xarici İqtisadi Əlaqələr Şurasının və Türkiyə Palatalar və Birjalar Birliyinin əməkdaşlığı ilə Biznes Forumu keçirilmişdir.

Açılış mərasimində Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz çıxış ediblər. Tədbirdə “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.