Naxçıvan Biznes Mərkəzində Sahibkarlar Günü münasibətilə “Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” adlı tədbir keçirilib.
Tədbirdə həmçinin Naxçıvanda sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən bir qrup şəxs təltif edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun aprelin 26-da “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” imzaladığı Sərəncama əsasən Naxçıvanda sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.
Təltif edilənlər arasında “Cahan Şirkətlər Qrupu” MMC-nin istehsal sahəsi olan Naxçıvan Avtomobil Zavodunun icraçı direktoru Səxavət Hümbətov da var.