Cahan_Az

Korporativ Sosial Məsuliyyət

KSM könüllü fəaliyyət olub hədəf qruplarının maraqları naminə sosial-mədəni məsələlərin təşkilatın funksional fəaliyyətinə inteqrasiya edilməsidir.

At hand of a united Asian business person

KSM cəmiyyətin və ətraf mühitin qorunmasına və inkişaf etməsinə yönələn könüllü davranış mədəniyyətidir. “CAHAN HOLDİNQ”in KSM konsepsiyası holdinqin korporativ dəyərlərinə əsaslanmaqla həmin dəyərləri özündə əks etdirir və “CAHAN HOLDİNQ”in missiyası, baxışları, dəyərləri ilə sıx bağlıdır. Bu mövqe birmənalı olaraq ifadə edir ki, KSM sadəcə sosial və ya ətraf mühit dəyərlərinin deyil, o cümlədən korporativ dəyərin yaradılmasında və inkişafında mühüm amildir.

"Cahan Holdinq" in Korporativ Sosial Məsuliyyətinin əsas məqsədi davamlı inkişafa dəstək vermək və müstəqil Azərbaycanın inkişaf edən holdinqi olaraq cəmiyyətin məhsuldar üzvü olmaqdır. "Cahan Holdinq" cəmiyyətimizin və bütövlüklə gələcəyimizin bir hissəsidir. Korporativ Sosial Məsuliyyət fəlsəfəmiz ictimaiyyətə köməklik göstərməkdən, işıqlı gələcəyə doğru təkan verən proqramların və layihələrin işlənib hazırlanmasından, bu proqram və layihələrin həyata keçirilməsində fəal iştirak etməkdən ibarətdir.