Tudor çayları 2008-ci ildən Azərbaycanda istehsal olunur və dörd növdə təqdim edilərək öz bənzərsiz dadı ilə seçilir.
Keno Club "Cahan Tobacco International"ın ən yeni siqaret çeşididir. Keno Club brend ailəsinə 2 ölçüdə - Nano və King Size ölçülü siqaret çeşidləri daxildir. Keno Club siqaret çeşidlərində yüksək keyfiyyətli Braziliya tütünü, oyuqlu və kömür filtrlərindən istifadə olunur.
Want brendi "Cahan Tobacco International"ın ən geniş çeşidə malik olan brend ailəsidir. Ailəyə 4 Nano ölçülü və 2 King Size ölçülü siqaret çeşidləri daxildir. Want siqaret çeşidlərində kömür və mono asetat filtrlərdən istifadə olunur.
Əla növ tütündən hazırlanmış əntiqə tama malik filtrli siqaret tütünçülüklə məşğul olan dünyanın qabaqcıl firmalarından alınan yüksək keyfiyyətli xammaldan istehsal edilir.
Xüsusi tütün qarışığından hazırlanan, özünəməxsus fərqli tama malik filtrli siqaret müasir avadanlıqlarla təchiz olunmuş analız otaqlarında tütün ekspertləri tərəfindən yoxlanıldıqdan sonra istehsal olunaraq satışa buraxılır.
Dekorativliyi ilə bütün zövqlərə müraciət edə bilən qüsursuz və estetik dizaynı var. Bütün layihələrinizdə istifadə edə biləcəyiniz funksional bir quruluşa sahibdir.
Power Plast xüsusilə yüksək performans meyarları nəzərə alınaraq, uyğun materiallar bir araya gətirilərək istehsal olunur. Dizayn prosesində pəncərə performansı, izolyasiya (istilik və səs), sızdırmazlığı xüsusiyyətləri bütöv olaraq qiymətləndirilir və bütün mövsüm şərtlərində rahatlığınızı təmin edir.
Qlobal keyfiyyət standartlarına uyğun olaraq istehsal edilən Wachsen PPRC Boru və Fitinq hissələri quraşdırılması zamanı gigiyenik istifadə və rahatlığı təmin etdiyinə görə peşəkarların seçimində üstünlük təşkil edir. İstifadə olunan xammalın ən vacib xüsusiyyəti istilik və kimyəvi təsirlərə olan yüksək müqavimətdir. Bu müqavimət sayəsində, PP-R xammalından hazırlanan Wachsen PPRC boruları, soyuq və isti su qurğularında uğurla istifadə olunur.
Ərazisi 3900 kvadratmetrə çatdırılan “1001 Home” mağazasında santexnika, işıqlandırma, asma tavan, divar üzlükləri, elektrik ləvazimatları, istilik sistemləri, qapı və mebel məhsulları kimi 10.000-dən çox yerli və xarici məhsul təklif olunur. 2000 kvadratmetri satış, 1900 kvadratmetri isə anbar və ofis sahəsinə ayrılıb. Mağazanın məqsədi 5 il ərzində filiallarının sayını 60-a çatdırmaqdır.