“Cahan Holdinq”ə daxil olan “Cahan Pen” MMC yüksək keyfiyyətli PVC profillər və borular istehsal edir. Məhsullar daxili bazarda 50%-ə yaxın paya malikdir və Rusiya, Qazaxıstan kimi MDB ölkələrinə ixrac olunur.
“Cahan Tea” MMC respublikanın iri və daha sabit fəaliyyət göstərən çay şirkətlərindəndir. ABŞ, İtaliya və Macarıstan istehsalı olan avadanlıqlar və qabaqcıl texnologiya tətbiq olunmaqla müəssisədə “Əlincə”, “Tudor”, “Araz çay” və “Sterlinq” markalı çay növləri istehsal olunaraq ixrac olunur.
2022-ci ildə fəaliyyətə başlayan "ENNA" istehsal fabriki, Almaniyanın məşhur Krones avadanlığı ilə təchiz olunub və ildə 250 milyon banka içki istehsal gücünə malikdir. Qafqazın ən böyük istehsal zavodu olan "ENNA", yerli və xarici bazara geniş çeşiddə məhsul təqdim etməyi hədəfləyir.
“Cahan Ticarət” MMC 2005-ci ildən Avropa ölkələrindən Azərbaycana qida məhsulları və gündəlik tələbat mallarının idxalı ilə məşğuldur. Şirkət, o cümlədən “Unilever” transmilli şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
“Cahan” MMC_in yaradılmasının və fəaliyyətinin əsas məqsədi xarici və yerli, fiziki və hüquqi şəxslərin tələbatı ilə bərabər,müəssisənin fəaliyyətindən alınan gəlirin əldə edilməsi, eyni zamanda müəssisənin təsisçilərinin və işçilərinin iqtisadi maraqlarının təminidir.
“Cahan Tobacco” şirkətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə “Cahan”, “Visore”, “Nova” və “Fine” markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malaysiya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.
“Cahan Sənaye Kompleksi” ASC-də istehsal edilən bütün məhsullarımız yüksək keyfiyyətinə, standartlara və gigiyenik göstəricilərə uyğunluğuna görə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Uyğunluq Sertifikatı almışdır.
“Cahan AVM” (Cahan Alış-Veriş Mərkəzi) MMC idarəetmə, satışın təşkili, mal təminatı, muhasibat sistemi – bu sahədə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilərək yaradılmışdır.
“Days Hotel Baku” 29 noyabr 2009-cu ildən “Wyndham Otellər Qrupu”nun üzvü kimi 4 ulduzlu otel olaraq fəaliyyət göstərir. Otel, beynəlxalq standartlara uyğun inşa olunmuş 102 rahat otaq və peşəkar heyəti ilə qonaqlara xidmət göstərir.
“Cahan İnşaat” MMC “Cahan Holdinq”in nəzdində 2007-ci ildə yaradılmış, əsas fəaliyyəti yaşayış binalarının təmiri və tikinti tamamlaması ilə başlamışdır.
“La Casa del Habano” dünyanın məşhur ticarət markalarından biri olan “Habanos S.A.”-nın mülkiyyətidir.
“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına daxil olan “Cahan Motors” MMC şirkəti artıq 15 ildir ki, Azərbaycanın avtomobil bazarında fəaliyyət göstərir. “Cahan Motors” MMC dünyanın ən çox tanınmış brendlərindən biri olan “Opel” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Müasir idarəetmə mədəniyyətini özündə birləşdirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq həyata keçirən şirkətimiz, 2010 - cu ildə Türkiyənin İstanbul şəhərində öz fəaliyyətinə başlamışdır.
“Cahan Tabak Beynəlxalq" MMC Tütün Yetişdirmə Mərkəzi 2017 ci il mart ayından faliyətə başlamışdır.Tütün yetişdirmə mərkəzi Kəngərli rayon Xıncab kənd ərazisində 2.6 ha ərazidə qurulub. İlkin olaraq 2017-ci ildə Kəngərli rayon ərazisində sınaq məqsədi ilə 9 ha ərazidə Vircinia və İzmir oriental tütünləri əkilmişdir. Sınaqlardan yaxşı nəticə və kefiyyətli 12 ton quru tütün əldə edilmişdir.
Azərbaycanda ekoloji cəhətdən təmiz və komfortlu taksi xidmətləri təklif edən şirkətdir.
Naxçıvan Avtomobil Zavodu 2006-cı ildə yaradılmış və 2009-cu ildə Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Çinin “Lifan” şirkəti ilə imzalanan əməkdaşlıq sazişi əsasında Naxçıvanda “Lifan” markalı minik avtomobillərinin istehsalına başlanılmışdır.
“UĞUR 99” MMC 2021-ci ildən “CAHAN HOLDİNQ”in tərkibində fəaliyyət göstərir və bu müddətdə Yaycı kəndində içməli su şəbəkəsi və su anbarının tikintisi, eləcə də bir neçə yaşayış binasının əsaslı təmirini uğurla həyata keçirmişdir.
Ölkəmizdə inşaat sektorunun durmadan inkişafı inşaat materiallarına olan tələbatı da artırmaqdadır. Bu tələbatı yerli və eyni zamanda, keyfiyyətli materilarla təmin etmək məqsədilə Beton Məmulatları İstehsalı zavodunun əsasını qoyduq. Bu gün artıq bu müəssisəmiz bir sıra layihələri yüksək keyfiyyətli beton məmulatları ilə təmin etmək iqtidarındadır.
“Cahan İnşaat” MMC-nin 2020-ci il də ilk layihəsini uğurla başa çatdıran “Ümid” Yaşayış Kompleksində artıq inşası 9 mərtəbəli 7 binanın inşa olunması həyata keçirilməkdədir. Artıq gənclərin güzəştli şərtlərlə bu mənzillərlə təmin edilməsinə isə “Naxçıvan İpoteka Fondu” ASC mühüm şərait yaradır. Bütün kreditlər fond tərəfindən tam maliyyələşdirilib. Bu ilin ötən dövrü ərzində daha 32 ailə bu qayğıdan yararlanaraq mənzil sahibi olub.
ŞAH-96 MMC Azərbaycan ərazisində tütün məmulatlarının distribusiyası və marketinqi ilə məşğul olan aparıcı şirkətlərdən biridir. Şirkətimiz, yüksək keyfiyyətli tütün və siqaret məhsullarının istehsalı, distribusiyası və marketinqi sahəsində geniş təcrübəyə və peşəkar komandaya malikdir. Bizim əsas məqsədimiz, müştərilərimizə ən yaxşı məhsulları təqdim etmək və onların məmnuniyyətini təmin etməkdir.
Azərbaycanın bütün bölgələrinə inşaat məhsullarının satışını həyata keçirən “Magna İnşaat” MMC rəqabət davamlılığını saxlayaraq yerli bazarın inkişafına əsaslı töhfələr verir. Şirkət geniş satış şəbəkəsi və peşəkar komandası ilə bazar tələblərinə uyğun şəkildə satışı təmin edərək, müştəri məmnuniyyətini ön planda saxlayır. Tikinti sektorunda etibarlı tərəfdaş kimi fəaliyyət göstərən “Magna İnşaat” MMC , həmçinin ixrac prosesini də genişləndirərək həyata keçirir.
2007-ci ildə əsası qoyulan Şirkət Azərbaycanda siqar mədəniyyətinin inkişafına öz töhfəsini verir və premium siqarlar üçün geniş satış şəbəkəsinə malikdir. Ölkə daxilində La Casa del Habano, C.iGars və Davidoff of Geneva adlı mağazalarla fəaliyət göstərən şirkət yüksək keyfiyyətli tütün yarpaqlarından hazırlanan Kuba siqarlarının rəsmi olaraq Azərbaycandakı eksklüziv distribütorudur.
Cahan MMC Məhdud Məsuliyyətli Cəmiyyəti 2005-ci ildən fəaliyyət göstərir və bu gün Naxçıvan Muxtar Respublikasının ən böyük xidmət sahələrindən biridir. Cahan MMC-nin əsas fəaliyyət istiqaməti Cahan Ticarət Mərkəzindəki mağazaların icarəyə verilməsidir. Şirkət ilk fəaliyyətinə 2005-ci ildə 200 mağaza ilə başlamış, bu günə qədər ticarət mərkəzinin A, B, C və D bloklarını sahibkarların istifadəsinə verərək əhalinin məşğulluğunu təmin etmişdir.
Müasir texnologiyalara əsaslanan plastik profil, boru və aksesuarların istehsalı müəssisəsi,ixracın genişlənməsinə yeni imkanlar yaratmaqla idxaldan asılılığın azal-dılmasına, daxili bazarın qorunmasına, tələbatın yerli istehsal hesabına daha dolğun ödənilməsini təmin edir
2022-ci ildən fəaliyyət göstərən Naxçıvan Palace Kompleksi, həm yerli, həm də xarici qonaqlarına yüksək xidmət göstərərək onların gələcək səyahətlərində bizi seçmələrini təmin edir. Devizimiz: "Özünüzü evinizdəki kimi hiss edin."
"Banu" Şadlıq Sarayı Naxçıvanın ən nüfuzlu məkanlarından biri olaraq, 2012-ci ildən bəri öz qapılarını xoşbəxt anlar yaşamaq istəyənlər üçün açır. Cahan Şirkətlər Qrupunun xidmət sahələrindən biri olan bu saray, müasir tərtibatı, yüksək keyfiyyətli xidməti və xüsusi zövqlə dizayn edilmiş interyeri ilə seçilir.
2007-ci ildə Azərbaycanda əsası qoyulan şirkət premium siqar biznesi sahəsində ixtisaslaşaraq, bu sahədə ölkənin aparıcı distribütorlarından birinə çevrilmişdir.