“Cahan Tea” MMC, Azərbaycanın iri və sabit fəaliyyət göstərən çay şirkətlərindən biridir. Müasir texnologiyalarla təchiz olunmuş müəssisədə ABŞ, İtaliya və Macarıstan istehsalı olan avadanlıqlardan istifadə olunur. Şirkət “Əlincə”, “Tudor”, “Araz çay” və “Sterlinq” kimi tanınmış markalar altında çay istehsal edir və məhsullarını xarici bazarlara ixrac edir.
Çay yarpaqları dünyanın müxtəlif ölkələrindən, o cümlədən Çindən və Seylon adasından (Şri Lanka) gətirilir. Şirkət Seylon adasının ən böyük ixracatçısı olan “Akbar Brothers LTD” ilə əməkdaşlıq edir. Bu tərəfdaşlıq “Cahan Tea”yə “Akbar” brendinin Azərbaycandakı rəsmi distribütoru olmaqla yanaşı, yüksək keyfiyyətli Seylon çayı əsasında öz markalarını da istehsal etməyə imkan yaradır.
Müəssisədə “Seylon” çayının dörd növü qablaşdırılır. Çay məhsulları müxtəlif çəki və formatlarda – həm açıq şəkildə, həm də fərdi istifadə üçün nəzərdə tutulmuş 2 qramlıq paketlərdə təqdim olunur. Gündəlik istehsal gücü 5 tona çatan müəssisədə geniş çeşiddə məhsullar hazırlanır.
Şirkət həm də Naxçıvan bölgəsində yetişən müalicəvi əhəmiyyətli təbii ot bitkilərinin toplanması, emalı və qablaşdırılması ilə məşğuldur. Bu otlarla çay qarışıqları hazırlanaraq müxtəlif ölçülü qutularda istehlakçılara təqdim edilir.
“Cahan Tea” çay satışında respublika üzrə aparıcı mövqelərdən birini tutur. Artan müştəri sayı və müsbət rəylərlə yanaşı, rəqiblər tərəfindən də şirkətin bazardakı gücü təsdiqlənir. “Ahmad” və “Alokozay” kimi beynəlxalq brendlərin də Azərbaycandakı rəsmi nümayəndəsi olan “Cahan Tea”, ölkədaxili və xarici çay tədbirlərində daim iştirak edir.