“Viza-PB” MMC 03.04.2023-cü il tarixindən Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasında dövlət qeydiyyatından keçmişdir. “Viza-PB” MMC-nin yaradılma məqsədi Naxçıvan Muxtar Respublikasının Gömrük keçid postlarında ölkə xaricinə gedən sərnişinlər üçün ticarət xidmətlərini həyata keçirməkdir.
Bu məqsədlə də Naxçıvan Muxtar Respublikasının Culfa və Sədərək rayonlarında yerləşən, gömrük keçid postlarında Rüsumsuz Ticarət mağazaları (Duty Free) yaradılmışdır. Hal-hazırda rüsumsuz ticarət mağazalarında ölkə xaricinə gedən sərnişinlər üçün nümunəvi ticarət xidməti göstərilməkdədir.
Rüsumsuz ticarət mağazalarının fəaliyyət sahəsi spirtli içkilərin, parfumlərin, şirniyyatların, soyuq içkilərin və siqaret məhsullarının satışını təşkil etməkdir. Bütün bu məhsullar hər iki mağazada yüksək səviyyədə yerləşdirilmişdir.
Rüsumsuz ticarət mağazalarının çeşidlərinin artırılması və xidmət səviyyəsinin daha da təkmilləşdirilməsi məqsədilə işlərimiz davam etdirilir.