Cahan_Az

Magna İnşaat

MAGNA İnşaat Materialları MMC 16 yanvar 2023-cü il tarixində təsis edilmişdir. Şirkət fəaliyyətinə başladığı gündən inşaat materialları sektorunda innovativ yanaşmalar və yüksək keyfiyyətli məhsullarla bazarda fərqlənməyi hədəfləmişdir.

Şirkətin əsas fəaliyyət sahələri aşağıdakılardır: PVC profilləri üçün gücləndirici metal içliklərin istehsalı, yeni nəsil S58, S60 və S70 markalı PVC profillərin müxtəlif rəng çalarlarında satışı, eləcə də “PowerPlast” brendi altında ağ, tünd, qızılı palıd və antrasit kimi fərqli rənglərdə profillərin satış bazasına daxil edilməsi.

MAGNA İnşaat Materialları MMC Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarında satış fəaliyyətini uğurla həyata keçirir. Şirkət geniş məhsul çeşidi ilə müştərilərə rahat və keyfiyyətli seçim imkanı təqdim edir.

 

Təqdim olunan məhsullar sırasında plastik qapı və pəncərə profilləri, bu məhsullara uyğun aksesuarlar, içməli su təchizatı üçün kompozit və klassik borular, fitinqlər, panel və alüminium radiatorlar, pəncərə önlükləri və müxtəlif karniz modelləri yer alır.

MAGNA olaraq, fəaliyyət göstərdiyimiz sahələrdə etibarlı və yüksək keyfiyyət standartlarına malik tərəfdaşlarla əməkdaşlıq etməyə üstünlük veririk. Bu yanaşma bizə məhsul çeşidini genişləndirməyə və müştərilərimizə davamlı həllər təqdim etməyə imkan verir.

 

Əsas tərəfdaşlarımız arasında Cahan Sənaye Kompleksi (PVC profillərin istehsalı və təchizatı), İnnovita Italy (alüminium radiatorlar üzrə beynəlxalq brend) və Akpen (PVC sistemlər üçün aksesuarların təchizatçısı) kimi nüfuzlu markalar yer alır.

Şirkətimiz müxtəlif texniki və estetik tələbləri qarşılayan məhsulları Magna, PowerPlast, Werstond, WinPlastTerraPlast brendləri altında təqdim edir. Hər bir brend MAGNA-nın keyfiyyətə sadiqliyini və müştəri yönümlü fəaliyyətini əks etdirir, inşaat sahəsində davamlı və funksional həllər təklif edir.