Cahan_Az

Categories
Tədbirlər

“Cahan Holdinq” KŞİ-nın rəhbərliyi Novruz bayramı münasibətilə Naxçıvan şəhərində yaşayan bir qrup şəhid ailələrini bayram sovqatı ilə təbrik edərək , onları ziyarət edib.

Xəbərlər

"Cahan Holdinq" KŞİ-nın rəhbərliyi Novruz bayramı münasibətilə Naxçıvan şəhərində yaşayan bir qrup şəhid ailələrini bayram sovqatı ilə təbrik edərək , onları ziyarət edib.

“Cahan Holdinq” KŞİ-nın rəhbərliyi Novruz bayramı münasibətilə Naxçıvan şəhərində yaşayan bir qrup şəhid ailələrini bayram sovqatı ilə təbrik edərək , onları ziyarət edib.

Categories
Tədbirlər

Naxçıvan Dövlət Universitetində “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov tələbələrlə görüşüb.

Xəbərlər

Naxçıvan Dövlət Universitetində “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov tələbələrlə görüşüb.

Naxçıvan Dövlət Universitetində “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov tələbələrlə görüşüb.

Görüşdə çıxış edən NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov haqqında məlumat verib, ali təhsil ocağı ilə “Cahan Holdinq” Şirkətlər İttifaqının birgə əməkdaşlığına nəzər salıb.

Qeyd olunub ki, uzun illərdən bəri davam edən əməkdaşlıq nəticəsində şirkətlə birgə xüsusi layihələr icra olunub. Prorektor son günlərdə “Cahan Holdinq” Şirkətlər İttifaqı ilə imzalanan müqavilənin əməkdaşlığı daha da inkişaf edirəcəyinə əminliyini ifadə edib. Arzu Abdulayev Vüqar Abbasovun tələbələr ilə görüşünün xüsusi ilə əhəmiyyətli olduğunu qeyd edib.

Cahan Holdinqin təsisçisi, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov qeyd edib ki, dövlət orqanları, qeyri-hökumət təşkilatları, müvafiq idarə, müəssisələr universitetlərə dəstək olmalıdır.

“Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov “Cahan Holdinq” Şirkətlər İttifaqının yaranma tarixi və fəaliyyət sahələri haqqında tələbələrə geniş məlumat verib, şəxsi təcrübələrini, öz biznesini qurmaq üçün müasir dövrdə tələb olunan meyarları iştirakçılarla bölüşüb.
Tədbir diskussiya şəklində davam edib, tələbələrin sualları Vüqar Abbasov tərəfindən cavablandırılıb.

Categories
Tədbirlər

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Xəbərlər

Bu gün Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu gün Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, dərin ehtiramlarını bildiriblər. Sonra tədbir H.Əliyev sarayında davam etdirilmişdir. Tədbirdə Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri, millət vəkili Vüqar Abbasov da iştirak edib.

Categories
Tədbirlər

Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” KŞİ arasında ali təhsil ocağının innovativ inkişafını dəstəkləyən anlaşma memorandumu imzalanıb.

Xəbərlər

Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” KŞİ arasında ali təhsil ocağının innovativ inkişafını dəstəkləyən anlaşma memorandumu imzalanıb.

Naxçıvan Dövlət Univerisitetinin rektoru Elbrus İsayev ali təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verib. Rektor bildirib ki, ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” KŞİ maddi və mənəvi olaraq tələbələrə hər zaman dəstkək olmuşdur.

Sonra Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan Holdinq” KŞİ-nin təsisçisi Vüqar Abbasov qeyd edib ki, ölkədə aparılan islahatların əsas məqsədlərindən biridə yerli peşəkar kadrların yetişdirilməsi, gənclərin yerli müəssələrdə öz layiqli yerlərini tutmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə tələbələr də onlar üçün yaradılan əlverişli şəraitdən səmərəli istifadə etməlidirlər. Daima öyrənməyə, təcrübə toplamağa çalışan gənclər peşəkar kadr kimi formalaşaraq iqtisadi inkişafa böyük təsir göstərir.

 

Daha sonra Naxçıvan Dövlət Univerisiteti ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası, “Cahan Holdinq” KŞİ arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda ali təhsil müəssisəsi ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası və “Cahan Holdinq” KŞİ arasında əməkdaşlığın genişləndirilməsi, İqtisadiyyat fakültəsi üzrə təhsil alan tələbələrin Naxçıvan Sahibkarlar Konfederasiyası və “Cahan Holdin” KŞİ ilə geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına qoşulmaları, əməkdaşlıq çərçivəsində elmi-praktiki konfransların, seminarların, təlim və kursların, motivasiya edici görüşlərin təşkili öz əksini tapıb. Univerisitetdə yaradılacaq Texnoparkda “Cahan Holdinq” KŞİ ilə iş birliyi çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi və təhsil ocağının akademik potensialın birləşdirilməsi nəzərdə tutulub.

Sonra Naxçıvan Dövlət Univerisitetinin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “CahaHoldinq” KŞİ-təsisçisi Vüqar Abbasova hədiyyələr təqdim edib.