Xəbərlər
Son Xəbərlər
Mayın 21-də Qubada II Azərbaycan–Özbəkistan Regionlararası Forumu keçirilmişdir.

Mayın 21-də Qubada II Azərbaycan–Özbəkistan Regionlararası Forumu keçirilmişdir.
Forumda ölkələrimizin bölgələrinin iqtisadi potensialı və tərəfdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub, ikitərəfli sənədlər imzalanıb, B2B formatda görüşlər olub.
Tədbir Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiya və sənaye naziri Ləziz Kudratov, hər iki ölkənin iş adamları, biznes strukturlarının təmsilçiləri və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə baş tutub.
Tədbirdə əvvəlki iclaslar zamanı müəyyənləşdirilmiş tapşırıqlar üzrə görülmüş işlər, eləcə də iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi imkanları dəyərləndirilib. Forumda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti iştirak etmişdilər.