Cahan_Az

Categories
Tədbirlər

Oktyabrın 14-də “Caspian Energy Club” Naxçıvanda Latviya, Estoniya və Finlandiya şirkətləri üçün “Business Tour” təşkil edib.

Xəbərlər

Oktyabrın 14-də "Caspian Energy Club" Naxçıvanda "Business Tour" təşkil edib.

Oktyabrın 14-də “Caspian Energy Club” “LEF Network Azerbaijan” layihəsi çərçivəsində Latviya, Estoniya və Finlandiya şirkətləri üçün Naxçıvan Muxtar Respublikasına “Business Tour” təşkil edib.

 

Turda işgüzar səfərdə olan Latviya, Estoniya və Finlandiyadan olan şirkət rəhbərləri, bu ölkələrin Ticarət Palatalarının nümayəndələri iştirak ediblər. Nümayəndələr “Cahan Şirkətlər Qrupu”MMC-nin qabaqcıl müəssisələrindən olan “ENNA” MMC-də ziyarət ediblər.

Qonaqlara müəssisə, və burada istehsal olunan enerji içkiləri haqqında ətraflı məlumat verilib.

Categories
Tədbirlər

Naxçıvanda KOBİA-nın təşkilatçılığı ilə “KOBFEST” sərgi-satış festivalı keçirilib.

Xəbərlər

Naxçıvanda KOBİA-nın təşkilatçılığı ilə "KOBFEST" sərgi-satış festivalı keçirilib.

Naxçıvan Muxtar Respublikasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “KOBFEST” sərgi satış festivalı keçirilib. Festivalda Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların sərgisi təşkil olunub. Sərgidə “Cahan Şirkətlər Qrupu” MMC-nin tabeliyində olan istehsal müəssisələrinin məhsullarıda nümaiş olunub.

Tədbir çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Naxçıvanda ilk enerji içkiləri istehsal edən “ENNA” MMC-də olub. Qonaqlar müəssisənin məhsulları ilə tanış olub, istehsal gücü haqqında məlumatlandırılıblar. KOBİA tərəfindən dəstək imkanlarından istifadə istiqamətində müzakirələr aparılıb, satış imkanlarının genişləndirilməsi və logistikanın subsidiyalaşdırılmasından danışılıb.

Categories
allnews-Az Ana səhifə Arxiv xəbərlər Bütün xəbərlər Tədbirlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Xəbərlər

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib.

Sentyabrın 26-da Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə təşkil edilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 1-ci iqtisadi forumu keçirilib. Forumda Körfəz ölkələri ilə bərpaolunan, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq, KƏŞ və Azərbaycan arasında nəqliyyat və logistika sektorlarında problemlər və imkanlar müzakirə edilib. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.

Categories
Tədbirlər

Sentyabrın 17-də Bakıda Azərbaycan-İraq biznes forumu keçirilib.

Xəbərlər

Sentyabrın 17-də Bakıda Azərbaycan-İraq biznes forumu keçirilib.

Sentyabrın 17-də Bakıda İqtisadiyyat Nazirliyi və İraqın Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-İraq biznes forumu keçirilib.

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida, logistika, tikinti, konsaltinq, gəmiçilik və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı, həmçinin “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir. Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov zəngin tarixə malik Azərbaycan-İraq əlaqələrinin dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində inkişaf etdiyini vurğulayıb.

İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri iki ölkə arasında tarixi bağların olduğunu və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. Qeyd edilib ki, iki ölkə arasında siyasi, sosial, turizm və nəqliyyat sahələrini əhatə edən saziş və anlaşma memorandumlarının imzalanması tərəfdaşlığı daha da gücləndirib.

Categories
Tədbirlər

Sentyabrın 16-da Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin növbəti iclası baş tutub.

Xəbərlər

Sentyabrın 16-da Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin növbəti iclası baş tutub.

Sentyabrın 16-da Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin növbəti iclası baş tutub.  İclas zamanı Konfederasiya daxilində yaradılacaq Azərbaycan Arbitraj Mərkəzinin iş prinsipləri, COP29 tədbirində iştirak və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Arbitraj Mərkəzinin yaradılmasının alternativ həlli yolu kimi ölkə iqtisadiyyatına verəcəyi faydalar, arbitrlərin seçilməsi, ümumiyyətlə bu sahədə fəaliyyətin qurulması mərhələləri ilə bağlı De Novo şirkətinin direktoru Kamal Məmmədzadə təqdimatla çıxış edib. K.Məmmədzadə mövzu ilə bağlı sahibkarların suallarını cavablandırıb və xüsusən də xarici arbitrlərlə əməkdaşlıq prinsiplərinə aydınlıq gətirib.

Qeyd edək ki, iclasda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.

Categories
Tədbirlər

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət kuboku” uğrunda yeniyetmə qızlar arasında voleybol üzrə turnir keçirilib.

Xəbərlər

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət kuboku” uğrunda yeniyetmə qızlar arasında voleybol üzrə turnir keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət kuboku” uğrunda yeniyetmə qızlar arasında voleybol üzrə turnir keçirilib.

Azərbaycan və Türkiyə komandalarının qatıldığı yarış, sentyabrın 4-də start götürüb. Turnir, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Turnirdə 8 komanda iştirak edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 7-də keçirilən final oyununu izləyib. “Naxçıvan” və “Əskişəhər” komandalarının gərgin və maraqlı mübarizə zəminində keçən yarışını Olimpiya İdman Kompleksində çoxsaylı tamaşaçı izləyib.

Oyun “Əskişəhər” komandasının 3-2 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın ardınca mükafatlandırma mərasimi keçirilib. Sonra “Muxtariyyət kuboku” uğrunda birincilikdə ilk üç yerin qalibləri mükafatlandırılıb. Mükafatlandırmada “Cahan Şirkətlər Qrupu“ MMC-nin Aparat Rəhbəri Azər Cəfər iştirak edib.

Qeyd edək ki, Tədbirin keçirilməsində iştirak edən sponsorlar arasında “Cahan Şirkətlər Qrupu “ MMC-də var.

Categories
Tədbirlər

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçirilib.

Xəbərlər

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçirilib.

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçirilib. Ekoavtomobillərin əhəmiyyətini vurğulamaq və onların üstünlüklərini cəmiyyətə çatdırmaq məqsədi daşıyan bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunub. Ağ Şəhərdə baş tutan festivalda planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənib.

İlk dəfə keçirilən festivalda “Cahan Motors” şirkəti də iştirak edib. Tədbirin baş tutmasında Ağ Şəhər layihəsi, “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri dəstək göstərib. Cahan Motors şirkəti tədbirdə Çinin premium sinif avtomobil markası və rəsmi distribütoru olduğu “Hongqi” brendinin tam elektrik modeli E-QM5 və hybrid modeli H5 ilə çıxış ediblər.

Festivalda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov və Ekologiya naziri Muxtar Babayev də istirak ediblər. “Cahan Motors” şirkətinin direktoru Adil Axundov avtomobillər haqqında geniş məlumatları paylaşıb.

Categories
Tədbirlər

İyulun 5-də “Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, “DOST” müfəttiş layihəsinin təqdimatı” mövzusunda Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sahibkarlarla görüşü keçirilib.

Xəbərlər

İyulun 5-də “DOST” müfəttiş layihəsinin təqdimatı ilə bağlı sahibkarlarla görüş keçirilib.

İyulun 5-də “Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, “DOST” müfəttiş layihəsinin təqdimatı” mövzusunda Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sahibkarlarla görüşü keçirilib.

Görüş çərcivəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün işçi icazələrinin alınmasında mövcud vəziyyət müzakirə edilib və bu sahədə Əmək və Məşğulluq Alt Sisteminin (ƏMAS) yenilikləri təqdim olunub.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, eləcə də “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti iştirak etmişdir.

Categories
Tədbirlər

İyunun 7-də Minskdə işgüzar dairələrin Azərbaycan və Belarusun investisiya və ixrac imkanları ilə tanışlığı üçün mühüm platforma olan Belarus-Azərbaycan Biznes Forumu keçirilmişdir.

Xəbərlər

İyunun 7-də Minskdə Belarus-Azərbaycan Biznes Forumu keçirilib.

İyunun 7-də Minskdə işgüzar dairələrin Azərbaycan və Belarusun investisiya və ixrac imkanları ilə tanışlığı üçün mühüm platforma olan Belarus-Azərbaycan Biznes Forumu keçirilmişdir.

Biznes forumda Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Belarus Ticarət-Sənaye Palatasının sədr müavini Denis Meleşkin, iki ölkənin dövlət rəsmiləri və biznes nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində turizm, xarici sərgilərin birgə təşkili və “Azərbaycan Ticarət Evi”ndə satış üçün ayrı-ayrı məhsul növlərinin tədarükü sahələrində üç saziş imzalanıb. Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir.

Categories
Tədbirlər

Səudiyyə Ərəbistan Krallığının Ər-Riyad şəhərində mayın 21-23-də “Saudi Food Show 2024” sərgisi keçirilib.

Xəbərlər

Səudiyyə Ərəbistan Krallığının Ər-Riyad şəhərində mayın 21-23-də “Saudi Food Show 2024” sərgisi keçirilib.

Səudiyyə Ərəbistan Krallığının Ər-Riyad şəhərində mayın 21-23-də keçirilən “Saudi Food Show 2024” sərgisində vahid ölkə stendində “ENNA” MMC-nin istehsalı olan “Plus ower», «Dinamit», «Dark horse wild» ,»Buzz tea» içkiləri və «Cahan Çay» MMC-də paketlənən «Tudor» çayları nümayiş olunub.

Qeyd edək ki, 99 ölkənin müxtəlif məhsulları nümayiş edilən sərgidə Azərbaycan brendi olan “ENNA” məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.