Cahan_Az

Categories
Tədbirlər

Cahan Şirkətlər Qrupu -nun kollektivi şəhidlərimiz ehtiramla yad edib, onların ailələrinə diqqət və qayğı göstəriblər.

Xəbərlər

Cahan Şirkətlər Qrupu şəhidlərin xatirəsini ehtiramla yad edir və onların ailələrinə daim diqqət və qayğı göstərir.

Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz Cahan Şirkətlər Qrupu tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.

Bu məqsədlə Şirkətlər Qrupunun bir qrup əməkdaşı hər ilki ənənəyə sadiq qalaraq adlarını tarixə qızıl hərflərlə yazdırmış Qaraxanbəyli, Qaraçuq və Tumbul kəndlərindən olan şəhidlərin ev muzeylərini və ailələrini ziyarət etmiş, görüş zamanı əməkdaşlar tərəfindən ailələrə Naxçıvan Muxtar Respublikasının Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının sədri,Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasovun təbriki çatdırılmış və bayram hədiyyələri təqdim olunmuşdur. Şəhidlərimizlə qürur duyduqlarını bildirən qrup üzvləri onlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.

Categories
Tədbirlər

Dekabrın 26-da Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib.

Xəbərlər

Dekabrın 26-da Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib.

Dekabrın 26-da Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib.

İclasda iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu çıxışlar etmişdir.

İclasda Türk İnvestisiya Fondunun mövcudluğu, qarşılıqlı investisiyaların artırılması və layihələrdə iştirak imkanlarının genişləndirilməsi məsələsi müzakirə edilib. Assambleya üzvlərinin səsverməsi ilə Türk Ticarət və Sənaye Palataları Birliyinə rəhbərlik Azərbaycana keçib.

Qeyd edək ki, iclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov və şirkətin rəhbər heyəti də iştirak edib.

Categories
Tədbirlər

Dekabrın 18-də “Caspian Business Award” mükafatının təltifetmə mərasimi təşkil edilib.

Xəbərlər

Dekabrın 18-də 11-ci Beynəlxalq “Caspian Business Award” mükafatının təltifetmə mərasimi keçirilib.

Dekabrın 18-də “Yaşıl Dünya Naminə Həmrəylik İli” və “Caspian Energy” brendinin 25 illik yubileyinə həsr olunmuş 11-ci Beynəlxalq “Caspian Business Award” mükafatının təltifetmə mərasimi təşkil edilib.

Tədbirdə “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov və şirkətin rəhbər heyəti iştirak edib. Vüqar Abbasov sahibkarlığın inkişafına verdiyi xüsusi töhfəyə görə “Caspian Business Award” mükafatı ilə təltif olunub.

Categories
Tədbirlər

Dekabrın 17-də Bakıda “Gömrük-Biznes Forumu 2024” keçirilib.

Xəbərlər

Dekabrın 17-də “Gömrük-Biznes Forumu 2024” keçirilib.

Dekabrın 17-də Bakıda Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2024” keçirilib.

Forumun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, cari il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılması olmuşdur.

Forumda dövlət və özəl sektorun, ictimaiyyətin, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçilərindən ibarət nümayəndələr iştirak edib. Qeyd edək ki, forumda Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da iştirak etmişdir.

Categories
Tədbirlər

Dekabrın 16-da 2024-cü il üzrə “Dayaq” mükafatı

Xəbərlər

Dekabrın 16-da KOBİA-nın təşkilatçılığı ilə “Dayaq” mükafatının təqdimat mərasimi keçirilib.

Dekabrın 16-da 2024-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Qeyd edək ki, “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da tədbirdə iştirak etmişdir.

Categories
Tədbirlər

Dekabrın 12-də “Cahan Şirkətlər Qrupu”nun təsisçisi, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edib.

Xəbərlər

Dekabrın 12-də “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Dekabrın 12-də “Cahan Şirkətlər Qrupu”nun təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, müəssisə rəhbərləri və əməkdaşları Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.

 

Abidə önünə güllər qoyulub, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda, “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti Bakı şəhərində Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül çələngi qoyub və xatirəsini böyük hörmətlə anıblar.

Categories
Tədbirlər

Dekabrın 6-da Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib.

Xəbərlər

Dekabrın 6-da Naxçıvan şəhərində "Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər" mövzusunda tədbir keçirilib.

Dekabrın 6-da Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. “Naxçıvan palas”da davam etdirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf, biznes, investisiya mühiti, sahibkarlığın, özəl sektorun iqtisadi inkişafda rolu müzakirə edilib.

Tədbiri giriş sözü ilə “Cahan Şirkətlər Qrupu”-nun təsisçi Vüqar Abbasov açıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Dövlət Vergi Xidmətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Naxçıvan Sahibkarlar Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 noyabr 2024-cü il Sərəncamı ilə Naxçıvanda Sənaye Parkının yaradılması özəl sektorun inkişafı üçün daha bir dövlət dəstəyinin dövlət-özəl dialoqu, qarşılıqlı əlaqələrin yaradılması istiqamətində atılan addımlar fonunda bu tədbirin əhəmiyyətli rolu olduğu qeyd edilib.Tədbirdə, “Cahan Şirkətlər Qrupu”-na daxil olan müəssisə rəhbərləri də iştirak edib. Sonra sahibkarların sualları və təklifləri əsasında geniş müzakirələr aparılıb.

Categories
Tədbirlər

Dekabrın 2-də Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib.

Xəbərlər

Dekabrın 2-də Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib.

Dekabrın 2-də Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib. Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafını və Şuranın tərəfdaşlıq mexanizminin əhəmiyyətini vurğulayıb.

Şuranın fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov ticarət əlaqələrinin inkişafı və Azərbaycan biznes ictimaiyyətinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.

Şuranın yeni seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarov biznes-dialoqun intensivləşdirilməsi və tərəfdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-dan çox qurum, o cümlədən “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti də iştirak edib.

Categories
Tədbirlər

Noyabrın 26-da Dövlət Vergi Xidmətində “Dövlət-biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib.

Xəbərlər

Noyabrın 26-da Dövlət Vergi Xidmətində “Dövlət-biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib.

Noyabrın 26-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Dövlət-biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə vergi islahatlarının ölkəmizdə sahibkarlıq fəaliyyətinə təsirləri, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, biznes subyektlərinin prosesdə fəal iştirakı ilə bağlı müzakirələr aparılıb.


Tədbirdə dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, biznes assosiasiyalarının nümayəndələri, müstəqil ekspertlər iştirak ediblər. Həmçinin tədbirdə “Cahan Şirkətlər Qrupu” nun təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da iştirak etmişdir.

Categories
Tədbirlər

Noyabrın 14-də COP29 çərçivəsində “İqlim Liderlərinin Dialoqu-Biznes” mövzusunda panel keçirilmişdi.

Xəbərlər

Noyabrın 14-də COP29 çərçivəsində "İqlim Liderlərinin Dialoqu-Biznes" mövzusunda panel keçirilmişdir.

Noyabrın 14-də COP29 çərçivəsində “İqlim Liderlərinin Dialoqu-Biznes” mövzusunda panel keçirilmişdir. 

 

Paneldə “Cahan Şirkətlər Qrupu” nun təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov iştirak etmişdir. Paneldə yaşıl iqtisadiyyata keçiddə bizneslərin rolu, bu sahədə dövlət-özəl sektor dialoqu və tərəfdaşlıq istiqamətləri müzakirə olunmuşdur.